Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6914/2025 16.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 49,25 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 20,26 manat cərimə borcu olmaqla, ümumilikdə 811,89 manat borc və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ almış və nəticədə 811,89 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 4.078,05 manat (yəni 15 ay x 271,87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün ümumilikdə 565,38 manat olmaqla, ondan 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, güzəşt olunaraq 49,25 manat cərimə borcu, xx.xx.2023-cü il müqaviləyə əsasən alqı-satqı qiyməti 1.531,98 manat (yəni 18 ay x 85,11 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün ümumilikdə 246,50 manat olmaqla, ondan 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, güzəşt olunaraq 20,26 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4.914,86 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 49,25 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 20,26 manat cərimə borcu olmaqla, ümumilikdə 811,89 manat borc və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 02 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 05 dekabr 2025-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİNİ qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 04266783 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİNİ qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini yerinə yetirməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. 24 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 20,26 manat cərimə borcu olmaqla, ümumilikdə 246,50 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 49,25 manat cərimə borcu olmaqla, ümumilikdə 565,38 manat borcu vardır. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh İddiaçındən 18 aya 85,11 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli, 04266783 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçındən 15 aya 271,87 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ almışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun 13 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 20,26 manat cərimə borcu, 07 yanvar 2024-cü il tarixli müqavilə üzrə 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 49,25 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, 13 oktyabr 2023cü il tarixli müqavilə üzrə hesablanmış 20,26 manat cərimənin məbləği azaldılmalı, 5 manat müəyyən edilməli, 07 yanvar 2024-cü il tarixli müqavilə üzrə hesablanmış 49,25 manat cərimənin məbləği azaldılmalı, 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün 202,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 5 manat cərimə borcu, 07 yanvar 2024-cü il tarixli, 04266783 saylı müqaviləyə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün 492,53 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 757,37 manat pul alınaraq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İMEİ kodu **********20651 olan SAMSUNG GALAXY A54 5G markalı telefon, SAMSUNG ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XXL XİDMƏTİ üçün 202,64 (iki yüz iki manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 5 (beş) manat cərimə borcu, 07 yanvar 2024-cü il tarixli, 04266783 saylı müqaviləyə əsasən İMEİ kodu **********76601 olan İPHONE 15 markalı telefon, APPLE ADAPTER, İPHONE 15 CASE QORUYUCU ÖRTÜK, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ üçün 492,53 (dörd yüz doxsan iki manat, əlli üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 10 (on) manat cərimə borcu, ümumilikdə 757,37 (yeddi yüz əlli yeddi manat, otuz yeddi qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov
Məhkəmə qərarları › İş №e-2(012)-6914/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6914/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver