Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-703/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı «əmlakların natura şəklində qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobasının (ölçüsü 835*770*575mm, tava sayı 4, tava ölçüsü 40*60sm, 220V elektriklə çalışan), mikserin (həcmi 7 litr, mühərrkin sürəti 1500-2000rpm, 220V/50HZ), mayalanma kabinəsinin (6 mərtəbəli, 220V/50Hz, gücü 1.9kw, temperatur aralığı 0-90°C, qab ölçüsü 40*60sm), 5 ədəd kündə qabının (40*60sm ölçüdə, materialı poluretan), vitrin soyuducusunun (şüşəli, 200*69*123sm. 220V/50Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600L, soyutma aralığı +2/+10 °C), elektron tərəzinin (40kq-a qədər, LCD displey, korpus dəmir.) və iş masasının (ölçü 100*60*75sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6mm) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşgulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü, kəmiyyət və lazımi keyfiyyət tələblərinə cavab verən 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobasının (ölçüsü 835*770*575 mm, tava sayı 4, tava ölçüsü 40*60 sm, 220V elektriklə çalışan), mikserin (həcmi 7 litr, mühərrkin sürəti 1500-2000 rpm, 220V/50 HZ), mayalanma kabinəsinin (6 mərtəbəli, 220V/50 Hz, gücü 1.9 kw, temperatur aralığı 0-90°C, qab ölçüsü 40*60 sm), 5 ədəd kündə qabının (40*60 sm ölçüdə, materialı poluretan), vitrin soyuducusunun (şüşəli, 200*69*123 sm, 220V/50 Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600 L, soyutma aralığı +2/+10 °C), elektron tərəzinin (40kq-a qədər, LCD displey, korpus dəmir.) və iş masasının (ölçü 100*60*75 sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6 mm) oxşar əmlakların natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)” zərfinə daxil olan aktivlər, yəni 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası (ölçüsü 835*770*575mm, tava sayı 4, tava ölçüsü 40*60sm, 220V elektriklə çalışan. Marka və model: BFE ESD-8A), mikser (Həcmi 7 litr, mühərrkin sürəti 1500-2000rpm, 220V/50HZ Marka və model: EB 7L), mayalanma kabinəsi (6 mərtəbəli, 220V/50Hz, gücü 1.9kw, temperatur aralığı 0- 90°C, qab ölçüsü 40*60sm. Marka və model: BFE WG-6D), 5 ədəd kündə qabı (40*60sm ölçüdə, materialı poluretan Marka və model: BFE W-17B), vitrin soyuducusu (şüşəli, 200*69*123sm. 220V/50Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600L, soyutma aralığı +2/+10 °C Marka və model: İce City BC-425), elektron tərəzi (40ka-a qədər, LCD displey, korpus dəmir. Marka və model: SaintFire ZZDT-8) və iş masası (ölçü 100*60*75sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6mm Marka və model: HUİXİNG 120*60*80) oxşar əmlaklar natura şəklində verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2020-ci il 19 dekabr tarixli və 2021-ci il 15 yanvar tarixli aktlarla vətəndaş Cavabdeh “Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2021-ci il 04 noyabr tarixli aralıq monitorinq aktına əsasən Cavabdeh verilmiş “Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)” zərfinə daxil olan aktiv, yəni 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası (ölçüsü 835*770*575mm, tava sayı 4, tava ölçüsü 40*60sm, 220V elektriklə çalışan. Marka və model: BFE ESD-8A), mikser (Həcmi 7 litr, mühərrkin sürəti 1500-2000rpm, 220V/50HZ Marka və model: EB 7L), mayalanma kabinəsi (6 mərtəbəli, 220V/50Hz, gücü 1.9kw, temperatur aralığı 0-90°C, qab ölçüsü 40*60sm. Marka və model: BFE WG-6D), 5 ədəd kündə qabı (40*60sm ölçüdə, materialı poluretan Marka və model: BFE W-17B), vitrin soyuducusu (şüşəli, 200*69*123sm. 220V/50Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600L, soyutma aralığı +2/+10 °C Marka və model: İce City BC-425), elektron tərəzi (40kq-a qədər, LCD displey, korpus dəmir. Marka və model: SaintFire ZZDT-8) və iş masası (ölçü 100*60*75sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6mm Marka və model: HUİXİNG 120*60*80) oxşar əmlaklar aşkar edilməmişdir. Cavabdeh satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 2022-ci il 30 avqust tarixli **********8 və **********5 nömrəli xəbərdarlıq məktubları ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul edir. Belə ki, iddia tələbində göstərilən əmlakları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 qəbul etmişdir. Lakin anası virusa yoluxduğundan məcbur qalaraq əmlakları satmışdır. Əmlakların ümumi qiyməti təxmini 3000 manat təşkil edir. Onun həmin əmlakları satmaq niyyəti olmamış,lakin məcbur olub satmışdır. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznesplanda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası: tava sayı 4, tava ölçüsü 40*60sm, 220V elektriklə çalışan. BFE ESD-8A-1 ədəd soyuducu, mikser 7 litrlik, BFE WG-B7-1 ədəd), mayalanma kabinəsi 6 mərtəbəli, 40*60sm BFE WG-6D-1 ədəd), kündə qabları (40*60sm ölçüdə, BFE-5 ədəd), tərəzi elektron 40 kq-qədər Fire ZZDT-8-1 ədəd) natura şəklində təhvil verilmişdir. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası: tava sayı 4, 220V elektriklə çalışan, tava ölçüsü 40*60sm-1 ədəd, xəmir yoğuran mikser 8 litrlik qablı-1 ədəd, mayalanma kabinəsi 8 mərtəbəli, tava ölçüsü 40*60sm- 1 ədəd, kündə qabları 40*60sm marka Teksan-1ədəd, xəmir kəsən bıçaq-1 ədəd, vitrin soyuducusu-1 ədəd, tərəzi, iş masası (metal, nerj) 100 smx60smx75sm-1 ədəd aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqaviləyə əsasən, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından göründüyü kimi Agentlik tərəfindən Cavabdeh 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası: tava sayı 4, tava ölçüsü 40*60sm, 220V elektriklə çalışan. BFE ESD-8A-1 ədəd soyuducu, mikser 7 litrlik, BFE WG-B7-1 ədəd), mayalanma kabinəsi 6 mərtəbəli, 40*60sm BFE WG-6D-1 ədəd), kündə qabları (40*60sm ölçüdə, BFE-5 ədəd), tərəzi elektron 40 kq-qədər Fire ZZDT-8-1 ədəd) natura şəklində təhvil verilmişdir. 04 noyabr 2021ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktına görə Cavabdeh verilmiş 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası: tava sayı 4, 220V elektriklə çalışan, tava ölçüsü 40*60sm-1 ədəd, xəmir yoğuran mikser 8 litrlik qablı-1 ədəd, mayalanma kabinəsi 8 mərtəbəli, tava ölçüsü 40*60sm-1 ədəd, kündə qabları 40*60sm marka Teksan-1ədəd, xəmir kəsən bıçaq-1 ədəd, vitrin soyuducusu-1 ədəd, tərəzi, iş masası (metal, nerj) 100 smx60smx75sm-1 ədəd aşkar edilməmişdir. Odur ki, sözügedən əmlakların cavabdeh tərəfindən satılması iddiaçı təşkilatın nümayəndəsinin, cavabdehin izahatı və iş materialları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinin tələbinə əsasən, 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası (ölçüsü 835*770*575 mm, tava sayı 4, tava ölçüsü 40*60 sm, 220V elektriklə çalışan), mikser (həcmi 7 litr, mühərrkin sürəti 1500-2000 rpm, 220V/50 HZ), mayalanma kabinəsi (6 mərtəbəli, 220V/50 Hz, gücü 1.9 kw, temperatur aralığı 0-90°C, qab ölçüsü 40*60 sm), 5 ədəd kündə qabı (40*60 sm ölçüdə, materialı poluretan), vitrin soyuducusu (şüşəli, 200*69*123 sm, 220V/50 Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600 L, soyutma aralığı +2/+10 °C), elektron tərəzi (40kq-a qədər, LCD displey, korpus dəmir.) və iş masasının (ölçü 100*60*75 sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6 mm) oxşar əmlaklar natura şəklində Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılmalıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.5-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”mn 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin sübutların tədqiqatı zamanı məhkəmə xərclərinin olmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddiaya həmin hissədə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanan “Özünüməşgulluğa kömək göstərilməsinə dair” 2020-ci il 19 dekabr tarixli ÖM-169-2020 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən eyni növlü, kəmiyyət və lazımi keyfiyyət tələblərinə cavab verən 1 kameralı 4 mərtəbəli konveksiyon bişirmə sobası (ölçüsü 835*770*575 mm, tava sayı 4, tava ölçüsü 40*60 sm, 220V elektriklə çalışan), mikser (həcmi 7 litr, mühərrkin sürəti 1500-2000 rpm, 220V/50 HZ), mayalanma kabinəsi (6 mərtəbəli, 220V/50 Hz, gücü 1.9 kw, temperatur aralığı 0-90°C, qab ölçüsü 40*60 sm), 5 ədəd kündə qabı (40*60 sm ölçüdə, materialı poluretan), vitrin soyuducusu (şüşəli, 200*69*123 sm, 220V/50 Hz, enerji istehlakı 1.9KWh/24h, soyuducu qaz R134a, həcmi 600 L, soyutma aralığı +2/+10 °C), elektron tərəzi (40kq-a qədər, LCD displey, korpus dəmir.) və iş masasının (ölçü 100*60*75 sm, paslanmayan poladdan, mətbəx MDF panelli, tənzimlənən dəyirmi boru ayaqlı, masanın üzrənin materialı SUS304T 0.6 mm) oxşar əmlaklar natura şəklində Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-703/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-703/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver