Məhkəmə qərarları › İş №e-2(012)-7297/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-7297/2025

30.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-7297/2025 30.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əmələ gələn mübahisələr barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kommunal xidmətlərə görə 3421,1 manat borcun və 54,22 manat dövlət rüsumunun, cəmi 3475,32 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə sadələşdirilmiş icraat qaydasında tam, obyektiv və hərtərəfli baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-4-cü, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əmələ gələn mübahisələr barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar