Məhkəmə qərarları › İş №e-2(012)-82/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-82/2024

19.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-82/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X4 və X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «əraziyə açılmış qapının bağlanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nin yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Abşeron rayonu, Qobu qəsəbəsi, Aşur Həsənbalayev küçəsi-92 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın və əraziyə açılmış qapının cavabdehin hesabına sökülməsinə və cavabdehin həmin ərazidən gediş-gəlişinin bağlanmasına, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron rayonu, Qobu qəsəbəsi, Aşur Həsənbalayev küçəsi-92 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nın yerləşdiyi əraziyə açılmış qapının cavabdeh tərəfindən bağlanmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nın yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz açılmış qapının hörülərək bağlanmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndələri X6 və X7 məhkəmə iclasında izahatında bildirdilər ki, İddiaçı Abşeron filialının (X2) “Qobu qəsəbə” EATS-i ünvan 1 ünvanında yerləşir. X1 “Qobu qəsəbə” EATS-i və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş Texniki Pasportundan da göründüyü kimi İddiaçı MMCnin Abşeron filialının balansındadır. Qeyd edirlər ki, İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Cavabdeh iş üzrə təyin olunmuş xx.xx.2023-cü il tarixli hazırlıq iclasında qeyd olunan ərazidəki hasarı sökdüyünü bildirmişdir. Həmin məsələ ilə bağlı tərəflərindən araşdırılma aparılmış, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qeyd olunan zəbt edilmiş əraziyə çəkilmiş hasar sökülsə də həmin ərazidə yerləşən obyektin qapısı sökülməmiş, İddiaçı MMC-nin Abşeron filialının “Qobu qəsəbə” EATS-in yerləşdiyi torpaq sahəsi, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən gediş-gəliş yolu kimi qeyri-qanuni istifadə edilir. Cavabdeh tərəflərindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu məsələnin həlli barədə hər hansı bir tədbir görməmişdir. Qeyd edilənlərə əsasən, onlar iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, izahatında onlara məxsus obyektin İddiaçı MMC-dən qabaq tikildiyini, hal-hazırda tamamilə söküldüyünü və həmin ərazinin boş olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 27 fevral 2020-ci il tarixdə verilmiş Texniki Pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı Abşeron filialının (X2) “Qobu qəsəbə” EATS-in balansındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8101 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-9536/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə texniki baxış keçirildiyi və İddiaçı MMC-nin torpaq sahəsinə tərəf açılan qapının mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8101 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-9536/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə texniki baxış keçirildiyi və İddiaçı MMC-nin torpaq sahəsinə tərəf açılan qapının mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, Abşeron rayonu, Qobu qəsəbəsi, Aşur Həsənbalayev küçəsi – 92 ərazisində yerləşən torpaq sahəsinə texniki baxış keçirilən zaman İddiaçı MMC-nin torpaq sahəsinə tərəf açılan qapının mövcud olduğu, işin faktiki halları, ekspertiza rəyi və iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə öz təsdiqini tapmışdır. İddiaçı MMC-nin balansında olan Abşeron rayonu, Qobu qəsəbəsi, Aşur Həsənbalayev küçəsi – 92 ərazisində yerləşən torpaq sahəsinə tərəf açılan qapının mövcudluğu və həmin torpaq sahəsinin cavabdeh tərəfindən gediş-gəliş yolu kimi qeyri-qanuni istifadə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nin yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz açılmış qapı hörülərək bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 3-cü bəndinə əsasən, sənaye, rabitə, nəqliyyat və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin (bundan sonra sifarişçi) istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası “Telekommunikasiya haqqında” Qanununun 46.3-cü maddəsinə əsasən, Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasında Dövlət Əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqramının 5.3-cü bəndinə əsasən, Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/8101 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı - X3, kod - 210005; VÖEN - **********; müxbir hesab - AZ41NABZ********************; SWİFT BİK - CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********; hesab - AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin Abşeron filialının balansında olan “Qobu qəsəbə” EATS-nın yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz açılmış qapı hörülərək bağlansın və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8101 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ 34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar