Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-84/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32.5-ci km-də (39 T 0384783; 4490137), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 36 metr aralı məsafədə, Abşeron rayonu, Saray qəsəbəsi, Tuğ zavod ərazisi ünvanında Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərini aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32.5-ci km-də (39 T 0384783; 4490137), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 36 metr aralı məsafədə, Abşeron rayonu, Saray qəsəbəsi, Tuğ zavod ərazisi ünvanında Cavabdeh tərəfindən tikinti aparılması faktı aşkar olunmuşdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi qanunsuz tikintini o başqa şəxsdən hazırki vəziyyətdə almışdır. Sonradan tikdiyini də iddiaçı tərəfindən ona irad bildirildikdən sonra sökmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarından olan 21.09.2020-ci il tarixli aktdan və xəbərdarlıq məktubundan müəyyən edilir ki, neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə Cavabdeh müvafiq olaraq şifahi və yazılı şəkildə xəbərdar edilmişdir. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/6757 nömrəli rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən aşağıdakılar qeyd olunur: - Elektron kadastr məlumat bazasına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum oldu ki, Cavabdeh faktiki istifadəsində olan 0,142 ha torpaq sahəsinin daxilində yerləşən 49 kv.metr tikilisinin (yaşayış evi) 41 kv.metr hissəsi borunun marşurutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edildiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasında yerləşir. İşin materiallarında olan fotoşəkildən də görünür ki, həmin həyətyanı sahədə olan hasar tikilisinin üstündə 2 mişar daşı hündürlüyündə yeni tikinti işləri aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32.5-ci km-də (39 T 0384783; 4490137), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 36 metr aralı məsafədə, Abşeron rayonu, Saray qəsəbəsi, Tuğ zavod ərazisi ünvanında Cavabdeh faktiki istifadəsində olan 0,142 ha torpaq sahəsinin daxilində yerləşən 49 kv.metr tikilisinin (yaşayış evi) 41 kv.metr hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş- 700 mm-lik magistral neft kəmərinin 32.5-ci km-də (39 T 0384783; 4490137), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 36 metr aralı məsafədə, Abşeron rayonu, Saray qəsəbəsi, Tuğ zavod ərazisi ünvanında Cavabdeh tərəfindən onun faktiki istifadəsində olan 0,142 ha torpaq sahəsinin daxilində yerləşən 49 kv.metr tikilisinin (yaşayış evi) 41 kv.metr hissəsi Cavabdeh vəsaiti hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ərazidə tikinti-quraşdırma işləri aparılması ona qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməli və mütəxəsiss rəyi alınması üçün iddiaçı tərəfindən ödənilən 263,56 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32.5-ci km-də (39 T 0384783; 4490137), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 36 metr aralı məsafədə, Abşeron rayonu, Saray qəsəbəsi, Tuğ zavod ərazisi ünvanında Cavabdeh tərəfindən faktiki istifadəsində olan 0,142 ha torpaq sahəsinin daxilində yerləşən 49 kv.metr tikilisinin (yaşayış evi) 41 kv.metr hissəsi Cavabdeh vəsaiti hesabına sökülərək ərazidən çıxarılsın və həmin ərazidə tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilsin. Cavabdeh 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Cavabdeh 263,56 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-84/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-84/2022
15.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver