Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-867/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 224,09 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % həcmində 150 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə borcu olmaqla, cəmi 374,09 ABŞ dolları (ödəniş gününə olan məzənnə üzrə manatla) pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 360 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 360 ABŞ dolları) «Samsung G530 Gold» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı nisiyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşlar. Bu müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 9 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2015-ci il tarixdə 29 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 7 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 10 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 19 ABŞ dolları, xx.xx.2024cü il tarixdə 14,68 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 11,74 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5,87 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 17,62 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin o, ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini tam ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli VİP 16062 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh1 satış qiyməti 360 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan «Samsung G530 Gold» markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Alıcı tərəfindən ilkin olaraq 9 ABŞ dolları ödəniş edilmiş, qalan 351 ABŞ dollarının isə 12 ay ərzində hər ay 29 (sonuncu ay 32) ABŞ dolları olmaqla mütəmadi ödənilməsi barədə öhdəlik götürülmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli VİP 16062 saylı alqı-satqı müqaviləsindən yaranan öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli VİP 16062 saylı alqı-satqı müqaviləsindən yaranan öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx/xx-18922 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 224,09 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 150 ABŞ dolları cərimə olmaqla, cəmi 374,09 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli VİP 16062 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri 360 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan «Samsung G530 Gold» markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Alıcı tərəfindən ilkin olaraq 9 ABŞ dolları ödəniş edilmiş, qalan 351 ABŞ dollarının isə 12 ay ərzində hər ay 29 (sonuncu ay 32) ABŞ dolları olmaqla mütəmadi ödənilməsi barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 29 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 12 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 7 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 10 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 19 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 14,68 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 11,74 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5,87 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 17,62 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla iddiaçıya ödəmiş, lakin onun 224,09 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, öhdəliyinin icrasından yayınmış, satın aldığı malın əvəzini ödəməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, ona tətbiq edilən 150 ABŞ dolları cərimənin məbləği tənasübsüz dərəcədə yüksəkdir və buna görə də həmin məbləğ 15,91 ABŞ dollarınadək endirilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə olan xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 iddiaçı tərəfindən «Samsung G530 Gold» markalı 1 ədəd mobil telefon verilmiş, öhdəliyi isə hissə-hissə xx.xx.2016-cı il tarixədək yerinə yetirməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 iddiaçı arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, əsas öhdəliyin müddəti xx.xx.2016-cı il tarixi göstərilmişdir. İddiaçı Cəmiyyət isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki,alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 224,09 ABŞ dolları və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 15,91 ABŞ dolları məbləğində (manat məzənnəsi ilə) cərimə borcu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 224,09 ABŞ dolları və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 15,91 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 240 ABŞ dolları (manat məzənnəsi ilə) pul və 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-867/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-867/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver