Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-929/2025 19.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 6000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan uşaqları – X4 və X1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları, habelə ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, ev 4 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin ümumi sahəsi 92.8 kv.metr, yaşayış sahəsi 55.16 kv.metrdir. Mənzil 4 otaqdan ibarətdir. Cavabdehlər qardaşı və onun arvadıdır. Belə ki, onlar 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki övladları vardır: X4 və X2. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda deyillər. Cavabdeh1 2011-ci ildən, digər cavabdeh Könül Qərbli isə 2015-ci ildən bu mənzildə yaşayırlar. Onların bir mənzildə yaşamaları mümkünsüzdür. Belə ki, hər gün evdə söz-söhbət, mübahisə olur. Mülkiyyətçi kimi o, öz mənzilində rahat yaşaya bilmir. Ona görə də cavabdehlərin hər birinə 6000 manat olmaqla cəmi 12000 manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşlarına çatmayan uşaqlarının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, cavabdehlərin hər birinə 7500 manat olmaqla, cəmi 15000 manat kompensasiya ödənilməsi yolu ilə onların və yetkinlik yaşlarına çatmayan uşaqlarının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, habelə ödənilmiş 126 manat dövlət rüsumunun və 325 manat hüquqi yardım xərcinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, təklif edilən kompensasiya azdır. O, iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə da qeyd etdi ki, təklif edilən kompensasiya azdır. O, iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsindəki 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 92,80 kv.metrlik fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Bu barədə X3 adına xx.xx.2019-cu il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsindəki 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 92,80 kv.metrlik fərdi yaşayış evinin mülkiyyətçisi X6 əmlakını İddiaçı bağışlamışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh X5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 saylı evə köçürülməsi qət edilmişdir. Bu qətnamə X6 tərəfindən mübahisələndirilmiş və yuxarı instansiya məhkəməsinin aktı ilə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(012)- 2144/2019 saylı icra sənədi üzrə tələb tam təmin edildiyindən icraata xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ümumi sahəsi 92.8 kv.metr, yaşayış sahəsi 55.16 kv.metr olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, ev 4-ün hazırkı bazar qiymətlərinə əsasən kirayə haqqı təmirsiz halda 130-150 manat, orta təmirli halda 150-200 manat, tam təmirli halda isə 200-250 manat təşkil edir. İşdə olan “B+Ş Audit” Konsaltinq MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 100000 manat, likvid dəyəri 80000 manat, həmin ərazi üzrə fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 250-350 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmış və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışla qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddia təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh X5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 saylı evə köçürülməsi qət edilmişdir. Bu qətnamə X6 tərəfindən mübahisələndirilmiş və yuxarı instansiya məhkəməsinin aktı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş və tamamilə icra edilmişdir. İşdən görünür ki, Cavabdeh1 iddiaçının qardaşı, K.Ə.Qəribova isə qardaşının arvadıdır. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 hər birinə 7500 manat olmaqla, cəmi 15000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan uşaqları – X4 və X1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüquqları vardır, bu hüquq iddaçı tərəfindən də qəbul olunur. İşdən görünür ki, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri və kirayə haqqı müəyyən edilmişdir. Belə ki, “B+Ş Audit” Konsaltinq MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 100000 manat, likvid dəyəri 80000 manat, həmin ərazi üzrə fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 250-350 manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən cəmi 15000 manat kompensasiya məbləğini məhkəmə məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ cavabdehlərin mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 42 ay) təmin olunmasına kifayət edir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlərə 15000 manat kompensasiya ödənilməklə onların mübahisəli evdən istifadə hüququna xitam verilməli və uşaqları ilə birlikdə yaşayış sahəsindən çıxxarılmalıdırlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatı üçün tələb olunan 400 manat pul da cavabdehlərdən “B+Ş Audit” Konsaltinq MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 7500 manat olmaqla, cəmi 15000 manat kompensasiya ödənilməklə onların xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evdən istifadə hüquqlarına xitam verilsin və onlar yetkinlik yaşına çatmayan uşaqları X4 və X2 ilə birlikdə həmin evdən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Aparılmış mütəxəssis tədqiqatı üçün tələb olunan 400 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “B+Ş Audit” Konsaltiq MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-929/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-929/2025
19.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver