Məhkəmə qərarları › İş №e-2(012)-96/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-96/2024

22.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-96/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 oktyabr 2024-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizəsi zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu km-də, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yardımçı tikilinin (əl damının) cavabdehin hesabına sökülərək mühafizə zonasından ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu km-də, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşaytış evi, hasar və həyətyanı sahədə yardımçı tikili (əl damı) faktları aşkar edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1 məhkəmənin elektron sisteminə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu kmdə, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında Cavabdeh məxsus 2 (iki) ədəd fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yardımçı tikilinin (əl damının) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis rəyin verilməsinə görə xidmət haqqının cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə ərizə verərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsi, iddia tələbinin (sonuncu dəqiqləşmə nəzərə alınmaqla) təmin edilməsi barədə qətnamə qəbul edilmməsini, həmçinin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2068 nömrəli ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 14:55-də 15-16 saylı postların ərazisində (Abşeron rayonu. Mehdıabad qəsəbəsi) Böyükşor-Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu km-də, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə, Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin, həyətyanı sahəsində bir hissəsi evə bitişik bir hissəsi isə hasara bitişik olan 4 metr uzunluğunda 2.2 metr enində və 2 4 metr hündürlüyündə qırmızı kərpiclə natamam inşa edilmiş əl damı aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edilmiş lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq görülən işi davam etdirəcəyini bildirmişdir. Faktla bağlı ərazi üzrə icra nümayəndəsi Habil adlı (070 611-88-66) şəxsə saat 14:46-da məlumat verildi və o. növbəti iş günündə sözügedən əraziyə baxış keçiriləcəyini bildirilmişdir.. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2068 nömrəli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən Böyükşor-Sumqayıt DŞ-700 mm-lik magistral neft kəmərinin hin tikilisinin altından, fərdi yaşayış evlərinin birindən 14 metr, digərindən isə 11 metr məsafəsindən keçdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin, fərdi yaşayış evlərinin və hin tikilisinin neft kəmərinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən inşa olunmuş yarımçıq tikililər Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 14 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin yarımçıq tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu km-də, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında Cavabdeh tərəfindən tikilmiş 2 (iki) ədəd fərdi yaşayış evi, hasar və həyətyanı sahədə yardımçı tikili (əl damının) cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor Sumqayıt DS-700 mm-lik yeraltı neft boru kəmərinin 9-cu km-də, 39 T 0403406; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 7-8 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında Cavabdeh tərəfindən tikilmiş 2 (iki) ədəd fərdi yaşayış evi, hasar və həyətyanı sahədə yardımçı tikili (əl damı) cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçıbank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Cavabdeh 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar