Məhkəmə qərarları › İş №e-2(013)-1015/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1015/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1015/2024 02.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 02 aprel 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin baş direktoru X2 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə Amazfit qol saatı üçün 219,6 manat əsas, 21,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2 ədəd Tonometr Beurer üçün 167,12 manat əsas, 16,88 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Qəhvəbişirən Philips, Qəhvə Delonghi üçün 99 manat əsas, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Təravətləndirici yağ Beurer, hava Təravətləndirici Stadler form üçün 90,48 manat əsas, 9,52 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Elari Kidphone 2 qol saatı üçün 53 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Qəhvəbişirən üçün Filtr-kağız Melitta, Qəhvəüyüdən Bosch üçün 37,04 manat əsas, 3,96 manat cərimə, ümumilikdə 732 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Amazfit qol saatı kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 2 ədəd Tonometr Beurer kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh C.M.X1, Qəhvə Delonghi kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Təravətləndirici yağ Beurer, hava Təravətləndirici Stadler form kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh C.M.X4 2 qol saatı kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Qəhvəbişirən üçün Filtr-kağız Melitta, Qəhvəüyüdən Bosch kreditə verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya olan əsas borcu 219,6 manat, cərimə borcu 21,4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 167,12 manat, cərimə borcu 16,88 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 99 manat, cərimə borcu 9 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 90,48 manat, cərimə borcu 9,52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 53 manat, cərimə borcu 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 37,04 manat, cərimə borcu 3,96 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 219,6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 167,12 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 99 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 90,48 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 53 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 37,04 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 21,4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 16,88 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9,52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3,96 manat müqavilənin tələblərinə uyğun olaraq cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 61, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 219,6 manat əsas, 21,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 167,12 manat əsas, 16,88 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 99 manat əsas, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90,48 manat əsas, 9,52 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 53 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37,04 manat əsas, 3,96 manat cərimə ümumilikdə 732 (yeddi yüz otuz iki) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar