Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1027/2025 30.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1365 manat vurulmuş zərərin və 34 manat ödənilmiş dövlət rüsumu pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Müşfiq küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh1 məxsus "xxxx" ASC tərəfindən PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sıgorta üzrə sıgortalınmış, Cavabdeh2 tərəfindən idarə olunan “Tofaş Şahin” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə, yol-nəqliyyat hadisəsi törədərək, “Kia Optima” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı, “Ford Edge” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı və “Nissan Kicks” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. DYP-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP4543914 saylı inzibati tənbəh vermə haqqında qərarıdan göründüyü kimi, Cabbarov X6 Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktından görünür ki, “Kia Optima” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 300 manat, “Ford Edge” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 965 manat, “Nissan Kicks” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 100 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə sığorta aktı tərtib edilmiş və 1365 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə iddia tələbini müdafiə etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını və təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xalq Sığorta» ASC tərəfindən tərtib edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatlardan görünür ki, “Tofaş Şahin” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər, "xxxx" ASC-də PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sıgorta üzrə sıgortalınmışdır. İş materiallarında olan Avtomobilərin texniki xidmət mərkəzinin qüsur aktından görünür ki, “Ford Edge” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyyat hissələrinin və təmir xidməti ümumilikdə 965 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA 105405 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi üzrə 965 manat sığorta X1 bank hesabına köçürülməlidir. İş materiallarında olan Avtomobilərin texniki xidmət mərkəzinin qüsur aktından görünür ki, “Kia Optima” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyyat hissələrinin və təmir xidməti ümumilikdə 300 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA 105406 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi üzrə 300 manat sığorta ödənişi X2 bank hesabına köçürülməlidir. İş materiallarında olan Avtomobilərin texniki xidmət mərkəzinin qüsur aktından görünür ki, “Nissan Kicks” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyyat hissələrinin və təmir xidməti ümumilikdə 100 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA 105407 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi üzrə 100 manat sığorta ödənişi X4 bank hesabına köçürülməlidir. İş materiallarında olan inzibati tənbəh vermə haqqında TP4543914 saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarıxdə “Tofaş Şahin” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsinbdə 40 manat məbləğində cərimə edilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbinin digər Cavabdeh1 Şamil oğluna aid hissədə qanuni əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1365 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia digər Cavabdeh1 Şamil oğluna aid hissədə təmin edilməməklə, ona aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 1365 manat məbləğində pul və ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, cəmi 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 aid hissəsində təmin edilməməklə, ona nisbətdə rədd edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1027/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1027/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver