Məhkəmə qərarları › İş №e-2(013)-1058/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1058/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1058/2024 18.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini, məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********16545 XİAOMİ REDMİ 12C markalı telefonüçün 272.98 manat ödənilməmiş hissə, 27.02 manat cərimə, cəmi 300 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-3.2.2-ci maddəsinin tələbinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş X1 poçt ünvanı 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Ağdam şəhəri, Səməd Vurgun küçəsi, dön 2, ev 8 göstərilmiş, həmin cavabdehin faktiki yaşayış ünvanı göstərilməmişdir və cavabdehin faktiki yaşayış ünvanı baradə rəsmi arayışı sənədlərə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim tərəfindən qeyd olunan cavabdehə rəsmi qaydada bildirişin göndərilməsi və iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi, həmçinin, çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi mümkün deyildir. Bundan əlavə ərizəyə əlavə edilmiş 24 fevral 2024-cü il tarixli bildirişdə də (pretenziya qaydasında) Cavabdeh 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Ağdam şəhəri Səməd Vurgun küçəsi, dön 2, ev 8 göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə (cavabdehlərlə) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinin tələbinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin müddəalarından görünür ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 284-1 və 284-5-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********16545 XİAOMİ REDMİ 12C markalı telefonüçün 272.98 manat ödənilməmiş hissə, 27.02 manat cərimə, cəmi 300 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçinin diqqətinə çatdırılır ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu qərardaddan, surəti iddiaçıya rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində iddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar