Məhkəmə qərarları › İş №e-2(013)-1061/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1061/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1061/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 22.9 manat əsas borc və 3.4 manat cərimə, cəmi 26.3 manat borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 227.2 manat əsas borc və 34 manat cərimə, cəmi 261.2 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 127.9 manat əsas borc və 19.1 manat cərimə, cəmi 147 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 100.9 manat əsas borc və 15.1 manat cərimə, cəmi 116 manat borcun, ümumilikdə dörd müqavilə üzrə 478.9 manat əsas borc və 71.6 manat cərimə, cəmi 550.5 manat borcun,və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanılmış və nəticədə hər dörd müqavilə üzrə 550.5 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müddətli müqaviləsi üzrə Mouse görə 12 ay ödəniş cədvəli üzrə hər ay 4.00 manat olmaqla cəmi 54.90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli müqaviləsi üzrə Samsung markalı monitora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59.00 manat olmaqla cəmi 699.90 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə «Xiaomi» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22.00 manat olmaqla cəmi 259.90 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Klaviaturaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 9.00 manat olmaqla cəmi 154.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin 1 saylı əlavəsinin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində (minimum 50 qəpik) mübahisəsiz olaraq penya ödəyir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununlada xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 716 manat təşkil etdiyi halda, cavabdehə 90% güzəşt edilmiş, cərimənin məbləği 71.6 manat təşkil edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə nəticədə 22.9 manat əsas, güzəşt edildikdən sonra 3.4 manat cərimə, cəmi 26.3 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 227.2 manat əsas borc və 34 manat cərimə, cəmi 261.2 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 127.9 manat əsas, güzəşt edildikdən sonra 19.1 manat cərimə, cəmi 147 manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 100.9 manat əsas, güzəşt edildikdən sonra 15.1 manat cərimə, cəmi 116 manat borc xx.xx.2025-ci il tarixinə yaranmış, həmçinin, «İrşad- Electronics” MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2023cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə cəmi 550.5 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı «İrşad-Electronics” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 22.9 manat əsas, 3.4 manat cərimə, cəmi 26.3 manat, xx.xx.2023cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 227.2 manat əsas borc və 34 manat cərimə, cəmi 261.2 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 127.9 manat əsas, 19.1 manat cərimə, cəmi 147 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 100.9 manat əsas borc və 15.1 manat cərimə, cəmi 116 manat olmaqla, hər dörd müqavilə üzrə cəmi 550.5 (beş yüz əlli manat əlli qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar