Məhkəmə qərarları › İş №e-2(013)-1121/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1121/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1121/2024 07.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən RSK5722662 saylı müqavilə üzrə 2337 manat əsas borc, 701 manat faiz borcu və RSK5761748 saylı müqavilə üzrə 5472 manat əsas borc, 1641 manat faiz borcu və 122 manat məbləğində ödənilmiş dövlət rusumu olmaqla, ümumilikdə 10.273 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ********** №-li VÖEN əsasında sahibkar kimi fəaliyyət göstərir. Bakı Şəhərində yerləşən «Soliton» mağazasının sahibi kimi fiziki şəxs olaraq Cavabdeh ilə aralarında 31 iyul 2019-cu il və 24 dekabr 2019-cu il tarixində alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh 31 iyul 2019-cu il tarixli RSK5722662 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3436 manat olan 2 ədəd «Beko» markalı kondisioner və 1 ədəd «Evms» markalı cehiz dəsti almış, ilkin ödəniş olaraq 100 manat ödəniş etmiş, nəticədə 3336 manat borcu yaranmış və 24 dekabr 2019-cu il tarixli, RSK5761748 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 6224 manat olan 1 ədəd «LG» markalı televizor, 1 ədəd «Beko» markalı soyuducu, 1 ədəd «Beko» markalı paltaryuyan, 1 ədəd «Evms» markalı cehiz dəsti və 4 ədəd «Evms» markalı qazan almış, ilkin olaraq 200 manat ödəniş etmiş, nəticədə 6024 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 31 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 manat ödəniş edilmiş və 24 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci ildə 50 manat ödəniş etmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və RSK5722662 saylı müqavilə üzrə alqı-satqı qiyməti 3436 manat olan 2 ədəd «Beko» markalı kondisioner və 1 ədəd «Evms» markalı cehiz dəsti üçün ümumilikdə 2337 manat ödənilməmiş hissə, 701 manat faiz borcu və RSK5761748 saylı müqavilə üzrə alqı-satqı qiyməti 4322 manat olan 1 ədəd «Kenwood» markalı ətçəkən, 1 ədəd «Beko» markalı soba, 1 ədəd «Beko» markalı paltaryuyan və 1 ədəd «Samsung» markalı televizor üçün ümumilkdə 5472 manat ödənilməmiş hissə, 1641 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, «Alıcı» tərəfindən və ya «Alıcı»nın müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə «Müqavilə»nin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəlinə uyğun olaraq həyata keçirilir. Məcbur olub bu barədə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh həmin məbləğlər tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh ünvanına məhkəmə bildirişi, SMS məlumat verilmiş, onunla telefon əlaqəsi yaradılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir ki, məhkəmə iş materialları əsasında işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan AZE 0******* saylı Şəxsiyyət Vəsiqənin surətindən görünür ki, İddiaçı 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, MİK-12, ev 7 A, mənzil 6 qeydiyyatdadır. Ağdam Rayon PŞ tərəfindən verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqənin surətindən görünür ki, Cavabdeh Ağdam Rayon Ətyeməzli kəndinin qeydiyyatındadır. 31 iyul 2019-cu il tarixli, RSK5722662 saylı hissə-hissə ödənişlə ALQİ-SATQİ Müqaviləsindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı və Cavabdeh aralarında 31 iyul 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh ümumi dəyəri 3436 manat olan 1 ədəd AC «Beko» BRH 180/181, AC «Beko» BRH 120/121, AC PİPE MİD - 180/ AC PİPE MİD-120 cehiz dəsti «Evms» 14 PCS Ruya purple (1570) 100 manat ilkin ödəniş etməklə götürmüş, 24 ay müddətinə ayda 139 manat olmaqla hissə-hissə ödənişləri etməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli, RSK5761748 saylı hissə-hissə ödənişlə ALQİ-SATQİ Müqaviləsindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə Cavabdeh aralarında 24 dekabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh ümumi dəyəri 6224 manat olan 1 ədəd TV LED LG, 55UM7450P / REF, BEKO RCNE 520 K20XP / WM BEKO WMY 81283 CS, Cehiz dəsti EVMS 14 PCS Ruya gold (1570), Qazan EVMS 26S Safir yastı (1391), Qazan EVMS 24S Safir (1387), Qazan EVMS 20 S Safir (1385) və Qazan EVMS 24S Safir yastı (1390) 200 manat ilkin ödəniş etməklə götürmüş, 24 ay müddətinə ayda 251 manat olmaqla hissə-hissə ödənişləri etməyi öhdəsinə götürmüşdür. 02 mart 2024-cü il tarixli ARAYİŞdan görünür ki, Cavabdeh 31 iyul 2019-cu il tarixli, RSK5722662 saylı alqı-satqı müqasiləsinə görə hazırda 2337 manat məbləğində əsas, 701 manat faiz borcu, 24 dekabr 2019-cu il tarixli, RSK5761748 saylı alqı-satqı müqaviləsinə görə hazırda 5472 manat məbləğində əsas, 1641 manat faiz borcu olmaqla, cəmi 10.151 manat məbləğində borcu vardır. Ərizəyə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İddiaçı ərizəsində bildirir ki, Cavabdeh hazırda ümumi olaraq 10.151 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı xeyrinə verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh RSK5722662 saylı müqavilə üzrə 2337 manat əsas borc, 701 manat faiz borcu və RSK5761748 saylı müqavilə üzrə 5472 manat əsas borc, 1641 manat faiz borcu, ümumilikdə 10151 manat pul və dövlət rüsumu kimi ödənilən 122 manat tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrində göstərilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halları və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh RSK5722662 saylı müqavilə üzrə 2337 (iki min üç yüz otuz yeddi) manat əsas borc, 701 (yeddi yüz bir) manat faiz borcu və RSK5761748 saylı müqavilə üzrə 5472 (beş min dörd yüz yetmiş iki) manat əsas borc, 1641 (bir min altı yüz qırx bir) manat faiz borcu, ümumilikdə 10.151 (on min bir yüz əlli bir) manat pul və dövlət rüsumu kimi ödənilən 122 (bir yüz iyirmi iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar