Məhkəmə qərarları › İş №e-2(013)-1132/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1132/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1132/2025 10.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı «Soliton LTD” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və materialları məhkəmə iclasından kənar nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı «Soliton LTD” MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli SDK ******* saylı müqaviləyə əsasən 200 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 230 manat məbləğində pulun tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı “Bakı şəhəri” kimi göstərilmişdir. Cavabdehin hansı rayonda, küçədə, binada, mənzildə və ya evdə yaşaması göstərilməmişdir. Göründüyü kimi cavabdehin faktiki yaşayış ünvanı tam və dəqiq göstərilməmişdir və cavabdehin faktiki yaşayış ünvanı baradə rəsmi arayış sənədlərə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, həmin hal işə baxılarkən ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə maneə ola bilər. Belə ki, qeyd olunan cavabdehin məhkəmə tərəfindən məhkəmə iclaslarına dəvət edilməsi, həmçinin çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci madəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-nin 9.2-ci madəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Bundan başqa ərizəyə əlavə edilmiş 04 fevral 2025-ci il tarixli bildirişdə də (pretenziya qaydasında) Cavabdeh poçt ünvanı “Bakı şəhəri” kimi göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə (cavabdehlərlə) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267- 268-ci maddələrinə əsaslanaraq məhkəmə adından QƏRARAALDİM: İddiaçı «Soliton LTD” MMC-nin Cavabdeh qarşı cavabdehdən xx.xx.2019-cu il tarixli SDK ******* saylı müqaviləyə əsasən 200 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 230 manat məbləğində pulun tutularaq MMC-nin xeyrinə ödənilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər.. Hakim :E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar