Məhkəmə qərarları › İş №e-2(013)-1271/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1271/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1271/2025 02.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG TV üçün 6268.02 manat ödənilməmiş hissə, 626.80 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Masa örtüsü, 5 ədəd süfrə, 12 ədəd havlu, 2 ədəd Yorga LAURA yorğan dəsti, 4 ədəd mətbəx dəsmalı üçün 1532.7 manat ödənilməmiş hissə, 153.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********39847 BLACKVİEW A96 markalı telefon üçün 642.7 manat ödənilməmiş hissə, 64.27 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Tozsoran KARCHER üçün 380.6 manat ödənilməmiş hissə, 38.06 manat dəbbə pulu olmaqla ümumilikdə 9.706.42 borc və ödənilmiş 117.07 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. MMC-nin iddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən LG TV, 2 ədəd Masa örtüsü, 5 ədəd süfrə, 12 ədəd havlu, 2 ədəd Yorga LAURA yorğan dəsti, 4 ədəd mətbəx dəsmalı, BLACKVİEW A96 markalı telefon, Tozsoran KARCHER almış və nəticədə 9.706.42 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 6845.52 manat (24 ay x 272.23 manat + 0 manat ilkin ödəniş) olan LG TV üçün 6894.82 manat olmaqla ondan 6268.02 manat ödənilməmiş hissə, 626.80 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1752 manat (24 ay x 73 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Masa örtüsü, 5 ədəd süfrə, 12 ədəd havlu, 2 ədəd Yorga LAURA yorğan dəsti, 4 ədəd mətbəx dəsmalı üçün 1685.97 manat olmaqla ondan 1532.7 manat ödənilməmiş hissə, 153.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 723.24 manat (18 ay x 40.18 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********39847 BLACKVİEW A96 markalı telefon üçün 706.97 manat olmaqla ondan 642.7 manat ödənilməmiş hissə, 64.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 457.38 manat (18 ay x 25.41 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran KARCHER üçün 418.66 manat olmaqla ondan 380.6 manat ödənilməmiş hissə, 38.06 manat dəbbə pulu olmaqla ümumilikdə 9706.42 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 954.12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə üzrə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, cavabdehdən cəmi 9.706.42 manat pul vəsaitinin tutulub MMC-nin xeyrinə ödənilməsi xahiş olunur. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasına Cavabdeh teleqram vurmuş, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və iddia tələblərini qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materialarından görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG TV; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Masa örtüsü, 5 ədəd süfrə, 12 ədəd havlu, 2 ədəd Yorga LAURA yorğan dəsti, 4 ədəd mətbəx dəsmalı; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********39847 BLACKVİEW A96 markalı telefon və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Tozsoran KARCHER almış və nəticədə onun 9.706.42 manat borcu yaranmışdır. İş materialarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 10651850 saylı müqaviləyə əsasən LG TV markalı televizoru; 03468465 saylı müqaviləyə əsasən 2 ədəd Masa örtüsü, 5 ədəd süfrə, 12 ədəd havlu, 2 ədəd Yorga LAURA yorğan dəsti, 4 ədəd mətbəx dəsmalını; 14345150 saylı müqaviləyə əsasən İmei kod **********39847 BLACKVİEW A96 markalı telefonu və 06471076 saylı müqaviləyə əsasən Tozsoran KARCHERi tam qüsursuz halda təhvil almışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kreditverən qarşısında icra etməyən borclunun dövlət rüsumu istisna olmaqla, cəmi 9.706.42 manat borcu hesablanmışdır. MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə müqavilə üzrə 8824.02 manat ödənilməmiş hissə, 882.40 manat dəbbə pulu olmaqla, ümumilkdə 9.706.42 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh 1963cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 117.07 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddia tələblərində göstərilən məbləğlər tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 6268.02 manat borc, 626.80 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1532.7 manat borc, 153.27 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 642.7 manat borc, 64.27 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 380.6 manat borc, 38.06 manat dəbbə pulu olmaqla ümumilikdə 9.706.42 /doqquz min yeddi yüz altı manat qırx iki qəpik/ manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 117.07 /bir yüz on yeddi manat yeddi qəpik/ manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar