Məhkəmə qərarları › İş №e-2(013)-1425/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1425/2024

09.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1425/2024 09.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2019-cu il tarixli ***-*******-K saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5714.84 manat əsas, xx.xx.2021-ci il tarixə 574.60 manat faiz borcu, xx.xx.2021-ci il tarixə 0 manat dəbbə borcu olmaqla, cəmi 6289.44 manat pulun və 83 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə mərhum X8 arasında bağlanmış 20 iyun 2019-cu il tarixli ***-*******-K saylı “Kredit müqaviləsi”nə əsasən ona illik 20% olmaqla, cəmi 10000 (on min) manat məbləğində kredit vəsaitinin verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borclu X6 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kreditin verildiyi və borcalanın isə, istifadə etdiyi kredit və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Aparılan araşdırma nəticəsində Ədliyyə Nazirliyinin elektron xidmətlər portalında xx.xx.2022-ci il tarixindən X10 Ofisində vərəsəlik işinin açıldığı və vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X5 vərəsələrinin X4, Cavabdeh1 və Cavabdeh2 olması, onlara vərəsəlik əsasında X6 məxsus buraxılış ili 2012-ci il olan Toyota Land-Cruiserprado minik markalı **-OL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mülkiyyətlərinə keçmişdir. Mərhum H.Abbasov nə də onun vərəsələri üzərlərinə düşən öhdəliyə əməl etməmiş, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlər tərəfindən kredit vəsaitindən istifadə edilməsinə baxmayaraq İddiaçı ASC ilə bağladıqları kredit müqaviləsinin şərtlərini pozaraq, 5714.84 manat əsas, xx.xx.2021-ci il tarixə 574.60 manat faiz, xx.xx.2021-ci il tarixə 0 manat dəbbə borcu olmaqla, cəmi 6289.44 manat borcu ödənilməmiş qalmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X8 arasında bağlanmış 20 iyun 2019-cu il tarixli ***-*******-K saylı kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə ilkin faiz dərəcəsi illik 20 % olmaqla, cəmi 10000 (on min) manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, vəfat etmiş borclu X5 xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 5714.84 manat, faiz borcu 574.60 manat, cərimə borcu 0 manat, cəmi borc isə 6289.44 manat təşkil edir. İş materiallarında olan Ağdam Dövlət Notariat Ofisi tərəfindən veriliş xx.xx.2022-ci il tarixli V-51/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ağdam Dövlət Notariat X1 adına vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, Kolqışlaq kəndi ünvanında qeydiyyatda olan X4 (Aze********, xx.xx.2018-Ağdam, FİN:xxxxxxx), Agdam rayonu, Kolqışlaq kəndi ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2019-Ağdam, FİN:xxxxxxx) və Agdam rayonu, Kolqışlaq kəndi ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2020-asan-Bərdə, FİN:xxxxxxx) olduğu müəyyən edilmişdir və miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD901752 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsus ban nömrəsi JTEBX9FJ7C5033038, mühərrik nömrəsi 2TR1152118 və buraxılış ili 2012-ci il olan Toyota Land-Cruiser-prado minik markalı **-OL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, məhrum X5 vərəsələri X2, Cavabdeh1, və Cavabdeh2 5714.84 manat əsas, kredit müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə 574.60 manat faiz borcu olmaqla, cəmi 6289.44 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 83 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238- 244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cü il tarixli kredit müqaviləsinə görə 5714.84 manat əsas, 574.60 manat faiz, cəmi 6289.44 manat məbləğində pul və ödənilmiş cəmi 83.0 manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar