Məhkəmə qərarları › İş №e-2(013)-1488/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1488/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1488/2025 12.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu. İddiaçı Cavabdeh qarşı pul tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi X4 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 532,87 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə 563,27 manat borcun İddiaçı İB-nin (Bank hesabı: ABB, Kod 8051700, M/H AZ03NABZ********************, VÖEN 900001881, SWİFT İBAZAZ2X, AZ95İBAZ******************) nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı X1 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Maşad küçəsində yaşayan Cavabdeh məxsus mənzilində № 53-91-10-20 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə etmiş, istehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış, borc tam şəkildə ödənilməmişdir.Cavabdeh **********03470 saylı qaz hesabında ödənilməmiş 532,87 manat borc vardır. Cavabdeh məxsus **********03470 saylı qaz hesabında olan 532,87 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləidir və hazırda məcburi qaydada ödənişin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş № 53-91-10-20 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəf Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh keyfiyyətli qazla təmin etməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə istifadə etdiyi qazın pulundan 532,87 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir.. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6 və 357-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 532,87 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə 563,27 (beş yüz altmış üç manat iyirmi yeddi qəpik) manat borc tutularaq İddiaçı İBnin (Bank hesabı: ABB, Kod 8051700, M/H AZ03NABZ********************, VÖEN 900001881, SWİFT İBAZAZ2X, AZ95İBAZ******************) nömrəli hesabına köçürülsün. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim :E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar