Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1539/2025 22.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabhelər Cavabdeh və X3 qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ərizəyə əlavə edilmiş materialları məhkəmə iclasından kənar nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cavabhelər Cavabdeh və X1 ümumilikdə 3848 manat pul vəsaitinin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Ərizəsdən görünür ki, məhkəməyə ünvanlanmış həmin ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş X2 poçt ünvanı İran İslam Respublikası, Xudafərin şəhəri göstərilmiş, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmişdir. X2 rəsmi ünvanı barədə ərizəyə rəsmi sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd olunan Məcəllənin 152.1-ci maddəsində qeyd olunur ki, /152.1.1/ iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, /152.1.3/ əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, /152.1.7/ bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə maddəsi nəzərdə tutur ki iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 284-2-ci maddəsi nəzərdə tutur ki, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsində qeyd olunur ki, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar, /284-3.2.4/ tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmçinin Məcəllənin 284-3.3-cü maddəsinə görə ərizə ümumi qaydada verildikdə iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Qeyd olunan Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.https://e-qanun.az/framework/46945 İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin 23 may 2021-ci il tarixli Cinayət İşinin Başlanılmasının X5 Qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsində istinad etdiyi baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, araşdırma ilə İran İslam Respublikası vətəndaşı olan X2 həmin hadisənin baş verməsində təqsirli olması müəyyən edilmiş, onun barəsində İXM-nin 327.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı sənədlərin tədbir görülməsi üçün Baş Dövlə Yol Polis İdarəsinin Yol Patrul Xidmətinə göndərilməsi qərara alınmışdır. Sözügedən Qərarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsində cavabheh kimi qeyd etdiyi Cavabdeh təqsirli olması müəyyən edilməmiş, yol nəqldiyyat hadisəsinin baş verməsində onun təqsirli olmaması müəyyən edilmiş, baş vermiş yol nəqliyyat hadisəsinə görə o, heç bir məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsinə X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətdiyi inzibati xəta haqqında qərarı əlavə etməmişdir /həmin maddə ilə onun barəsində hansı tənbeh tədbiri görülmüşdür/. Yuxarıda qeyd olunan Məcəllənin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizəyə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 qarşı iddia tələbi irəli sürülməsi üçün əsas olan sənədləri ərizəyə əlavə etməmiş, həmçinin hazırkı ərizənin digər cavabheh olan Cavabdeh heç bir aidiyyəti yoxdur. Beləliklə də Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 149.2.2, 151, 152, 284, 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə adından QƏRARAALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabhelər Cavabdeh və X3 qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər. Hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-1539/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1539/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver