Məhkəmə qərarları › İş №e-2(013)-1680/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1680/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1680/2024 25.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 25 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 903,9 manat əsas, 271,1 manat cərimə, cəmi 1175 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 289,9 manat əsas, 86,9 manat cərimə, cəmi 376,8 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3029,9 manat əsas, 908,9 manat cərimə, cəmi 3938,8 manat, ümumilikdə 5490,6 manat və 74,9 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına o, gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 1809,98 manat dəyərində “Asus” markalı notebook və akumllyator kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 289,99 manat dəyərində “XM Trimmer Philips” markalı təraş aləti kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 3029,95 manat dəyərində “İphone” markalı qulaqcıq, airpods, xarici akumlyator kreditə verilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh iddiaçıya olan əsas borcu xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 903,9 manat, cərimə borcu 2711 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 289,9 manat, cərimə borcu 869 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 3029,9 manat, cərimə borcu 9089 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 903,9 manat əsas, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 289,9 manat əsas və xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 3029,9 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 271,1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 86,9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 908,9 manat cərimə borcu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq hər bir müqavilə üzrə 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 903,9 manat əsas, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 289,9 manat əsas, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 3029,9 manat əsas, 10 manat cərimə, ümumilikdə - cəmi 4253 (dörd min iki yüz əlli üç) manat 70 (yetmiş) qəpik borc və 74,9 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddianın cərimə borcu tələbinin qalan xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 261,1 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 76,9 manat və xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 898,9 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar