Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2028/2024 18.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında idda ərizəsində cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 673.6 manat əsas borc, 67.4 manat dəbbə pulu olmaqla ümumilikdə 741 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-dən məhkəməyə iddia ərizəsinin, ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılması barədə ərizə daxil olmuşdur. Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mərkəzi bank- Hökümət ödəniş portalının qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən (büdcə səviyyə kodu 1Y) ümumilikdə 30.0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rusumu qaytarılır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 30.0 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 673.6 manat əsas borc, 67.4 manat dəbbə pulu olmaqla ümumilikdə 741 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə (büdcə səviyyə kodu 1Y) dövlət rüsumu qismində ödənilmiş 30 (otuz manat) manat pul vəsaiti "xxxx" MMC-nə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2028/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2028/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver