Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2064/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini məhkəmə iclasından kənar nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən X1 3İL xidməti, Paket S xidməti, İmei kod **********69925 X2 13 markalı telefon üçün 647,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 64,76 manat cərimə olmaqla, ümumilikdə 736 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinin tələbinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizədə iddiaçının, onun nümayəndəsinin, cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Ağdam şəhəri, Əlimərdanlı sahəsi göstərilmiş, cavabdehin faktiki yaşayış ünvanı göstərilməmiş və faktiki yaşayış ünvanı baradə rəsmi arayış sənədlərə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim tərəfindən qeyd olunan cavabdehə rəsmi qaydada bildirişin göndərilməsi və iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi, həmçinin çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi mümkün deyildir. Həmçinin ərizəyə əlavə edilmiş 17 may 2025-ci il tarixli bildirişdə də (pretenziya qaydasında) cavabdeh kimi Cavabdeh faktiki yaşayış ünvanı kimi işğal altında olmuş, hazırda mülki əhalinin yaşamadığı Ağdam şəhəri, Əlimərdanlı sahəsi götərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2 - 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan Məcəllənin 152.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269 və 284-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə adından QƏRARAALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər. Hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-2064/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2064/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver