Məhkəmə qərarları › İş №e-2(013)-2218/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2218/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2218/2024 02.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini, məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A23 markalı telefon üçün 320.32 manat ödənilməmiş hissə, 32.68 manat cərimə ümumilikdə 353 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, qeyd olunan iddia ərizəsi üzrə açlmış 2(013)-2218/2024 nömrəli işin elektron sisteminə hazır ki iddia ilə yanaşı Şəki rayon məhkəməsinə ünvanlanmış "xxxx" MMC-nin cavabdeh X2 qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən VELOSİPED ZİGZAG üçün 568.96 manat ödənilməmiş hissə, 56.04 manat cərimə; xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən BLACKVİEW BAND R9 qol saatı üçün 120.68 manat ödənilməmiş hissə, 12.32 manat cərimə ümumilikdə 758 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutlması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz Şəki rayon məhkəməsinə ünvanlanmış, pretenziya məktubunda, maliyyə arayışında isə Şəki rayon məhkəməsinə ünvanlanmış iddia ərizəsinə aid cavabdeh X1 borcu barədə məlumatlar göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinin tələbinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin müddəalarından görünür ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 284-1 və 284-5-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçinin diqqətinə çatdırılır ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Bu qərardaddan, surəti iddiaçıya rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində iddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar