Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2291/2025 01.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən İddiaçı MMC-nin xeyrinə 1872.24 manat əsas borcun, 187.22 manat məbləğində cərimənin və 40.59 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 90 saylı Alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Zəngişalı kəndi ərazisində 1,39 hektar torpaq sahəsində pambıq əkib-becərməyi yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçı MMC-dən 1872.24 manat (o cümlədən ötən ildən qalan 1097.19 manat borcu nəzərə almaqla) vəsaiti avans olaraq almışdır. Müqavilə şərtlərinə əsasən götürülmüş avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhfil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstğrilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 38.00 manat dəyərində 1-ci şum, 34.00 manat dəyərində mala çəkmə, 14.00 manat dəyərində sahədaxili kanal çəkilişi, 10.00 manat dəyərində kanal çəkmə, 16.00 manat dəyərində boroza, 14.00 manat dəyərində çiyid səpini, 128.00 manat dəyərində çiyid toxumu, avans pambığın becərilməsi və suvarılması üçün 521.01 manat, keçən ildən qalan 1097.19 manat borc nəzərə alınmaqla, cəmi 1872.24 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, mövsüm başa çatsada, xam-pambıq təhfil verməmiş, bununlada iddiaçı təşkilata 1872.24 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 90 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh 1,39 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC satmağı öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin icrası ilə əlaqədar M.İsmayılzadə İddiaçı MMC-dən 1872.24 manat (o cümlədən ötən ildən qalan 1097.19 manat borcu nəzərə almaqla) məbləğində avans vəsait almışdır. Nəticədə cavabdeh xam-pambıq təhfil verməmiş və qeyd olunan müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh M.İsmayılzadənin avans vəsaitə görə İddiaçı MMC-yə 1872.24 manat əsas, 187.22 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tətbiq olunmuş 187.22 manat məbləğində cərimənin 150 manat hissəsində, cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 37.22 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-nin xeyrinə ümumilikdə 1872.24 manat əsas borc, 37.22 manat məbləğində cərimə tutularaq ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 40.59 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 40.59 manat dövlət rüsumunun 39 manat hissəsi cavabdehə, 1.59 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 2146, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İdia qismən təmin edilsin. Cavabdeh 1872.24 (dörd min dörd yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat əsas borc, 37.22 (qırx yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə və 39 (otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 40.59 manat dövlət rüsumunun qalan 1.59 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2291/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2291/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver