Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2294/2025 05.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 218 saylı alqı-satqı müqaviləsinə əsasən 807.94 manat borcun, 80.79 manat cərimə borcu olmaqla cəmi 888.73 (səkkiz yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 218 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu Paşabəyli kəndi ərazisində 1.5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhuslu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiçıdan 3619.36 manat məbləğində avans götürmüş və götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli, avans götürdüyü vəsait üzrə borcunu bağaladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstəriilən müddətə almalı idi. Cavabdehin sifarişi əsasında 116.66 manat məbləğində 1-ci şum, 153 mnat mala, 90 manat sahə daxili kanal çəkilişi, 288 manat kultivasiya, 54 manat rotasiyon kultivasiya, 42 manat çiyid səpini, 149.50 manat dərmanlama, 45 manat çizel çəkmə, 360 manat kombayınla 1-ci üz pambıq yığımı, 657 manat dərman-gübrə, 179.20 manat çiyid toxumu, pambığın becərilməsi və suvarılması üçün 1485 manat, cəmi 3619.36 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsada 2811.42 manat dəyərində 3532.02 kq xam pambıq təhvil vermiş, bununlada iddiçıya 807.94 manat məbləğində borcu qalmışdır. Müqavilənin şərtlərinə əsasən alıcı servis xidmətlərini, verilən avans pul vəsaitini, mineral gübrəni, pesdistlərin və toxumun dəyərini nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0.1% həcmində 10%-dən artıq olmamaq şərtilə alıcıya cərimə ödəyir, tələbinə uyğun olaraq, borcun ümumi məbləği 807.94 manat X 10%=80.79 manat cərimə ödəməlidir. Cavabdehin cəmi borcu 888.73 manat təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nini Ağdam filialı üzrə Pambıq qəbulu barədə qəbzlərin surətindən görünür ki, Cavabdeh 13 noyabr 2022-ci il tarixdə 1217.57 manat və 1040.04 manat və 11 dekabr 2022-ci il tarixdə isə 553.81 manat dəyərində pambıq təhvil vermişdir ki, buda ümumilikdə 2811.42 manat manat təşkil edir.Beləliklə cavabdehin götüdüyü avans məbləğindən 807.94 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh xx.xx.2022-ci il tarixli 218 saylı alqı-satqı müqaviləsinə əsasən 807.94 manat borc, 80.79 manat cərimə borcu olmaqla cəmi 888.73 (səkkiz yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutulub MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - xx.xx.2022-ci il tarixli 218 saylı alqı-satqı müqaviləsinə əsasən 807.94 manat borc, 80.79 manat cərimə borcu olmaqla cəmi 888.73 (səkkiz yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-2294/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2294/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver