Məhkəmə qərarları › İş №e-2(013)-2445/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2445/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2445/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 26 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 215,9 manat əsas, 32,3 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 199,9 manat əsas, 29,9 manat cərimə, ümumilikdə 478 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinin və bu müqavilənin 1 saylı əlavəsinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə, 1799,99 manat dəyərində “LG” markalı soyuducu kreditlə satılmışdır. xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinin və bu müqavilənin 1 saylı əlavəsinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə, 659,99 manat dəyərində “İndesit” markalı paltaryuyan maşın kreditlə satılmışdır. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləsi üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun iddiaçı qarşısında olan öhdəliklərini tamamilə icra etməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 215,9 manat əsas, 32,3 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə əsas borcu 199,9 manat, cərimə borcu 29,9 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh2 müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 215,9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə isə 199,9 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Müqavilələr üzrə öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşdür. Cavabdeh2 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı malın pulunu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 32,3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 29,9 manat müqavilənin tələblərinə uyğun olaraq cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 199,9 manat əsas, 29,9 manat cərimə - cəmi 229 (iki yüz iyirmi doqquz) manat 80 (səksən) qəpik borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 215,9 manat əsas, 32,3 manat cərimə - cəmi 248 (iki yüz qırx səkkiz) manat 20 (iyirmi) qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar