Məhkəmə qərarları › İş №e-2(013)-2446/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2446/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2446/2025 14.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh E.Quliyevə qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Soyuducu Beko, X5 1 il xitməti üçün 854.02 manat ödənilməmiş hissə, 85.40 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Lenovo İdepad 1 markalı Kompüter üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei Kodu **********439 Poco C65 markalı telefon Qızıl zəmanət uitra 3 il xidməti üçün 285 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.5 manat cərimə borcu, ümumilikdə 1826.52 (bir min səkkiz yüz iyirmi altı manat əlli iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 38.27 (otuz səkkiz manat iyirmi yeddi qəpik) manatın cavabdehdən alınaraq MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il; xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Soyuducu Beko, X5 1 il xitməti, Lenovo İdepad 1 markalı Kompüter və İmei Kodu **********439 Poco C65 markalı telefon Qızıl zəmanət uitra 3 il xidməti almış nəticədə 1826.52 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1026.36 manat olan Soyuducu Beko, X5 1 il xitməti üçün ümumilikdə 939.42 manat olmaqla, ondan 854.02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 85.40 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat olan Lenovo İdepad 1 markalı Kompüter üçün ümumilikdə 550 manat olmaqla ondan, 500 manat ödənilməmiş hissə, güzəşt olunaraq 50 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 285 manat olan İmei Kodu **********439 Poco C65 markalı telefon Qızıl zəmanət uitra 3 il xidməti üçün ümumilikdə 337.10 manat olmaqla, ondan 285 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 28.5 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 272.34 manat təşkil edir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2024-cü il; xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam qüsursuz şəkildə təhvil almışdır. Borclu müqavilənin şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. MMC-nin maliyyə arayışından görünür ki, E.Quliyevin xx.xx.2025-ci il tarixinə xx.xx.2024cü il tarixli müqavilə üzrə 854.02 manat ödənilməmiş hissə, 85.40 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 285 manat ödənilməmiş hissə, 28.5 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 1826.52 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən E.Quliyevdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Soyuducu Beko, X5 1 il xitməti üçün 854.02 manat ödənilməmiş hissə, 85.40 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Lenovo İdepad 1 markalı Kompüter üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei Kodu **********439 Poco C65 markalı telefon Qızıl zəmanət uitra 3 il xidməti üçün 285 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.5 manat cərimə borcu, ümumilikdə 1826.52 manat borc və dövlət rüsumu kimi ödənilmiş 38.27 manat alınıb MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh X1 - xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Soyuducu Beko, X5 1 il xitməti üçün 854.02 manat ödənilməmiş hissə, 85.40 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Lenovo İdepad 1 markalı Kompüter üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei Kodu **********439 Poco C65 markalı telefon Qızıl zəmanət uitra 3 il xidməti üçün 285 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.5 manat cərimə borcu, ümumilikdə 1826.52 (bir min səkkiz yüz iyirmi altı manat əlli iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 38.27 (otuz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar