Məhkəmə qərarları › İş №e-2(013)-2471/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2471/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2471/2025 18.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh1 qarşı “borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işdə iddiaçının nümayəndəsi Nümayəndə iddianın baxılmamış saxlanılmasına dair ərizəsinə baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh1 qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 40009562 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə və 40009562-z saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən 69,99 manat borcun, 0 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, 0,40 manat xidmət haqqının cavabdehdən alınaraq QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizə vermişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin Cavabdeh1 qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Elşad Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar