Məhkəmə qərarları › İş №e-2(013)-2588/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2588/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2588/2025 15.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 15 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il saat 11:30 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahibbrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «BMW 318» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP5364090 saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələrində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 650 manat məbləğində müəyyən edilmiş və bu məbğ zərərçəkmiş şəxsə ödənilmişdir. Belə olan halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmış və zərər çəkmiş şəxsə ödənilmiş 650 manat zərərin iddiaçıya ödənilməsinin tələb edilməsinə baxmayaraq cavabdehlərin vurulmuş zərəri ödəmədiyini qeyd etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 650 manat və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Sabunçu rayon RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP5009251 saylı protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP5364090 saylı qərarın surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi «BMW 318» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Cavabdeh2 təqsirli olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1 ci maddələri ilə 40 manat cərimə edilmişdir. PXA123710 saylı sığorta aktının və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, «BMW 318» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh2 idarə etdiyi «BMW 318» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsində yol nəqliyyat hadisəsi törədərək «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və ona 650 manat zərər vurmuş, həmin məbləğ avtomobilin mülkiyyətçisi X1 etibarnamə üzrə nümayəndəsi Kasumov Zamaddına ödənilmişdir. İş materiallarında olan qüsur aktının surətindən görünür ki, «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 650 manat zərər dəymişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus «BMW 318» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində «Toyota Prius» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat zərər dəymişdir. Dəymiş zərərə görə iddiaçı tərəfindən zərərçəkmiş şəxsə 650 manat pul ödənilmişdir. Cavabdeh2 hadisə zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxslərdən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qayadada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 650 (altı yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar