Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2602/2024 10.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 10 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A52 markalı telefon üçün 111,21 manat əsas borc, 11,79 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə G-SHOCK qol saatı üçün 71,34 manat əsas borc, 7,66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Edifice qol saatı üçün 43,4 manat əsas borc, 4,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HP kompüter üçün 15,92 manat əsas borc, 1,08 manat cərimə, ümumilikdə 267 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh L.X.X1 A52 markalı telefon kreditə verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh G- SHOCK qol saatı kreditə verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Edifice qol saatı kreditə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh HP kompüter kreditə verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya olan əsas borcu 111,21 manat, cərimə borcu 11,79 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 71,34 manat, cərimə borcu 7,66 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 43,4 manat, cərimə borcu 4,6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 15,92 manat, cərimə borcu 1,08 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 111,21 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 71,34 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 43,4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15,92 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 11,79 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 7,66 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4,6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1,08 manat müqavilənin tələblərinə uyğun olaraq cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 61, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 111,21 manat əsas, 11,79 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 71,34 manat əsas, 7,66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 43,4 manat əsas, 4,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15,92 manat əsas, 1,08 manat cərimə, ümumilikdə - cəmi 267 (iki yüz altmış yeddi) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2602/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2602/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver