Məhkəmə qərarları › İş №e-2(013)-2835/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2835/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2835/2024 14.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 14 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin baş direktoru X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə Kombi Hoffmann üçün 684 manat əsas, 68 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Opera yumsaq – 3 yerli, Transformer - jurnal masa üçün 637,42 manat əsas, 63,58 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə paltaryuyan LG üçün 399,91 manat əsas, 39,09 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2 ədəd Pioneer dinamik üçün 374,1 manat əsas, 37,9 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Pioneer dinamik üçün 321 manat əsas, 32 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə X6 Kr Pro qol saatı üçün 190,93 manat əsas, 19,07 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tozsoran Samsung üçün 166,4 manat əsas, 16,6 manat cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə Samsung Galaxy A13 markalı telefon üçün 103,9 manat əsas, 10,1 manat cərimə, xx.xx.2022-cü il tarixli müqavilə üzrə Xiaomi Poco M5 markalı telefon üçün 45,91 manat əsas, 4,09 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tozsoran Vitek üçün 45 manat əsas, 4 manat cərimə, ümumilikdə 3263 manat və 52,63 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh B.Ş.X3 kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Opera yumsaq – 3 yerli, Transformer - jurnal masa kreditə verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Paltaryuyan LG kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 2 ədəd Pioneer dinamik kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Pioneer dinamik kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh B.Ş.X2 X8 qol saatı kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh tozsoran Samsung kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh B.Ş.X4 A13 markalı telefon kreditə verilmişdir. xx.xx.2022-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdeh B.Ş.X7 M5 markalı telefon kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh tozsoran Vitek kreditə verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh iddiaçıya olan əsas borcu 684 manat, cərimə borcu 68 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 637,42 manat, cərimə borcu 63,58 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 399,91 manat, cərimə borcu 39,09 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 374,1 manat, cərimə borcu 37,9 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 321 manat, cərimə borcu 32 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 190,93 manat, cərimə borcu 19,07 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 166,4 manat, cərimə borcu 16,6 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 103,9 manat, cərimə borcu 10,1 manat, xx.xx.2022-cü il tarixli müqavilə üzrə əsas borcu 45,91 manat, cərimə borcu 4,09 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 45 manat, cərimə borcu 4 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 684 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 637,42 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 399,91 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,1 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 321 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 190,93 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 166,4 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 103,9 manat, xx.xx.2022-cü il tarixli müqavilə üzrə 45,91 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 68 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 63,58 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 39,09 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 37,9 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 19,07 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 16,6 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10,1 manat, xx.xx.2022-cü il tarixli müqavilə üzrə 4,09 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4 manat müqavilənin tələblərinə uyğun olaraq cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 61, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 684 manat əsas, 68 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 637,42 manat əsas, 63,58 manat cərimə, xx.xx.2022ci il tarixli müqavilə üzrə 399,91 manat əsas, 39,09 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 374,1 manat əsas, 37,9 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 321 manat əsas, 32 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 190,93 manat əsas, 19,07 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 166,4 manat əsas, 16,6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 103,9 manat əsas, 10,1 manat cərimə, xx.xx.2022-cü il tarixli müqavilə üzrə 45,91 manat əsas, 4,09 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45 manat əsas, 4 manat cərimə, ümumilikdə - cəmi 3263 (üç min iki yüz altmış üç) manat və 52,63 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar