Məhkəmə qərarları › İş №e-2(013)-2869/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2869/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2869/2023 02.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 02 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi X5 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 3700 manat vurulmuş zərər, ödənilmiş 57 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 1(008)-131/2020 saylı hömünün surətindən görünür ki, Cavabdeh Maştağa- Sabunçu şossesində xx.xx.2019-cu il tarixdə sürücülük vəsiqəsi olmadan, özünə məxsus **-GC-*** dövlət qeydiyyat nişanlı «VAZ 2101» markalı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək elektrik dirəyinə çırpılmış, nəticədə X6, X3 ağır xəsarətlər almış və “Mercedes Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək ona zərər vurduğundan, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilindiyindən o, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi hökm edilmişdir PXA61871, PXA61872 və PXA61874 saylı sığorta aktlarının surətlərindən görünür ki, **-GC-*** dövlət qeydiyyat nişanlı «VAZ 2101» markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə nəticəsində xəsarət aldıqları üçün X4 1500 manat, X2 1500 manat, “Mercedes Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəydiyinə görə onun sahibi X1 700 manat pul ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə avtonəqliyyat hadisəsi törətmiş, X4 1500 manat, X2 1500 manat, “Mercedes Benz C220” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşına 700 manat zərər vurmuşdur. Dəymiş zərər zərərçəkmiş şəxslərə ödənilmişdir. Hadisə zamanı Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat vurulmuş zərər və ödənilmiş 57 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar