Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2956/2023 28.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu, İddiaçı Cavabdeh qarşı “borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ECK5733287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1241 manat əsas borcun, 371 manat dəbbə borcun və ECK5793287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 356 manat əsas borcun, 107 manat dəbbə borcun, ümumilikdə 2075 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 41 manatın cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və 22 sentyabr 2019-cu il tarixlərdə ECK5733287 nömrəli və ECK5793287 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5733287 nömrəli müqavilə üzrə 1846 manat dəyəri olan 1 ədəd «Beko» markalı mebel içi soba, 1 ədəd «Beko» markalı soba, 1 ədəd «Beko» markalı aspiratoru və 1 ədəd «LG» markalı mini sobanı və ECK5793287 nömrəli müqavilə üzrə 455 manat dəyəri olan 1 ədəd «Riffel» markalı sokçəkəni, 1 ədəd «Riffel» markalı ətçəkəni cavabdehə hissə-hissə ödəməklə satmışdır. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Cavabdeh ECK5733287 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1746 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 97 manat olmaqla, hər ayın 23-dək, ECK5793287 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 435 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 29 manat olmaqla, hər ayın 21-dək, ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ECK5733287 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 1241 manat əsas, 371 manat dəbbə pulu və ECK5793287 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələri üzrə 356 manat əsas, 107 manat dəbbə pulu olmaqla cəmi 2075 manat borcu yaranmışdır. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. Soliton LTD maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1241 manat əsas, 371 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 356 manat əsas, 107 manat dəbbə borcu olmaqla, cəmi 2075 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən F.Şahməmədovadan sözügedən ECK5733287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1241 manat əsas borc, 371 manat dəbbə borcu, ECK5793287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 356 manat əsas borc, 107 manat dəbbə pulu olmaqla, cəmi 2075 manat pul və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 41 manat alınıb İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - ECK5733287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1241 manat əsas borc, 371manat dəbbə borcu, ECK5793287 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 356 manat əsas borc, 107 manat dəbbə pulu olmaqla, cəmi 2075 (iki min yetmiş beş manat) manat və dövlət rüsumu kimi ödənilmiş 41 (qırx bir manat) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2956/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2956/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver