Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-303/2024 25.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 25 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 231,6 manat əsas, 34,7 manat cərimə, cəmi 266,3 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 124,9 manat əsas, 18,7 manat cərimə, cəmi 143,6 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 124,9 manat əsas, 18,7 manat cərimə, cəmi 143,6 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 81,9 manat əsas, 12,2 manat cərimə, cəmi 94,1 manat, ümumilikdə 647,6 manat və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh N.M.Məmmədovadan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh N.M.Məmmədovaya 699,6 manat dəyərində “Honor X8” markalı telefon 18 ay müddətinə kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh N.M.Məmmədovaya 149,98 manat dəyərində 2 ədəd “Hi-Fi” markalı qulaqcıq 6 ay müddətinə kreditə verilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh N.M.Məmmədovaya 259,98 manat dəyərində “Gastro” markalı soba və “Hi-Fi” markalı qulaqcıq 18 ay müddətinə kreditə verilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh N.M.Məmmədovaya 189,99 manat dəyərində “Samsung” markalı tozsoran 18 ay müddətinə kreditə verilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışlarından görünür ki, cavabdeh N.M.Məmmədovanın iddiaçıya olan əsas borcu xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 231,6 manat, cərimə borcu 34,7 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 124,9 manat, cərimə borcu 18,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 124,9 manat, cərimə borcu 18,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 81,9 manat, cərimə borcu 12,2 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh N.M.Məmmədova arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh N.M.Məmmədovaya xx.xx.2022-ci il tarixli ********* saylıxx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilələrə əsasən müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 231,6 manat əsasxx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 124,9 manat əsas, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 124,9 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 81,9 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, cavabdeh N.M.Məmmədova iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə cavabdeh N.M.Məmmədova arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. N.M.Məmmədovaya müqavilənin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 34,7 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 18,7 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 18,7 manat xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 12,2 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 231,6 manat əsas, 34,7 manat cəriməxx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 124,9 manat əsas, 18,7 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 124,9 manat əsas, 18,7 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 81,9 manat əsas, 12,2 manat cərimə, ümumilikdə - cəmi 647 (altı yüz qırx yeddi) manat 60 (altmış) qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-303/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-303/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver