Məhkəmə qərarları › İş №e-2(013)-3079/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3079/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3079/2024 31.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələrə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini, məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 aprel 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə ödənilmiş 935 manat məbləğində əsas borcun, 220 manat cərimə borcunun, ümumilikdə 1155 manat borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-3.2.2-ci maddəsinin tələbinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı ünvan 1 ünvanı göstərilməmişdir və cavabdehin faktiki yaşayış ünvanı baradə rəsmi arayışı sənədlərə əlavə edilməmişdir. Həmçinin ərizədə qeyd olunan cavabdehin telefon nömrəsi də göstərilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim tərəfindən qeyd olunan cavabdehə rəsmi qaydada bildirişin göndərilməsi və iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi, həmçinin, çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinin tələbinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin müddəalarından görünür ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 284-1 və 284-5-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə 935 manat əsas, 220 manat cərimə borcunun, ümumilikdə 1155 manat borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, hazırki kiçik iddia üzrə iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirirlmiş icraat qaydasında və ya ümumi iddia icraatı qaydasında növbəti dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu qərardaddan, surəti iddiaçıya rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində iddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar