Məhkəmə qərarları › İş №e-2(013)-3205/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3205/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3205/2024 13.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı ABC X1 Cəmiyyəti (bundan sonra- ABC Telecom MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Samsung LED TV, Sonorous Surefix TV asqısı, X2 Onıx üçün 2069.6 manat ödənilməmiş hissə və 206.4 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kodu **********02000 Samsung Galaxy A14 markalı telefon üçün 279.64 manat ödənilməmiş hissə və 27.36 manat dəbbə pulu, ümumilikdə 2583 manat borcun və 45.83 manat dövlət rüsumunun cavabdehdən alınaraq ABC Telecom MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı ABC Telecom MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Samsung LED TV, Sonorous Surefix TV asqısı, X2 Onıx, İmei kodu **********02000 Samsung Galaxy A14 markalı telefon almasını və nəticədə 2583 manat borcu yaranmmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqavilə üzrə Samsung LED TV, Sonorous Surefix TV asqısı, X2 Onıx, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********02000 Samsung Galaxy A14 markalı telefon üçün ümumilikdə 2583 manat borc yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixinə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə Samsung LED TV, Sonorous Surefix TV asqısı, X2 Onıx almış və nəticədə 2069.6 manat ödənilməmiş hissə və 206.4 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kodu **********02000 Samsung Galaxy A14 markalı telefon almış və nəticədə 279.64 manat ödənilməmiş hissə və 27.36 manat pulu olmaqla ümumilikdə 2583 manat borc yaranmışdır. Həmçinin, ABC Telecom MMC məhkəməyə müraciət edərkən 45.83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2069.6 manat ödənilməmiş hissə, 206.4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 279.64 manat ödənilməmiş hissə, 27.36 manat cərimə pulu olmaqla ümumilikdə 2583 manat borc, 45.83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2069.6 manat ödənilməmiş hissə, 206.4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 279.64 manat ödənilməmiş hissə, 27.36 manat cərimə pulu olmaqla ümumilikdə 2583 (iki min beş yüz səksən üç) manat və 45.83 (qırx beş manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı ABC Telecom MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar