Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3241/2025 21.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 209.8 manat əsas borc və 31.4 manat cərimə, cəmi 241.2 manat borcun, və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-dən iddia ərizəsinin qaytarılması barədə ərizə daxil olmuşdur və ərizədə işin baxılmamış saxlanılmasını və iddia ərizəsini əlavə edilmiş sənədlər, dövlət rüsumu ilə birlikdə qaytarılması xahiş olunmuşdur. Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30.0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rusumu qaytarılır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 30 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2025-ci il tarixinə yaranmış, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 209.8 manat əsas borc və 31.4 manat cərimə, cəmi 241.2 manat borcun, və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il il tarixdə dövlət rüsumu qismində ödənilmiş 30.0 (otuz) manat pul vəsaiti "xxxx" MMC-nə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-3241/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3241/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver