Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3266/2025 06.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.9 manat əsas borc və 18.1 manat cərimə, cəmi 139 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 471.4 manat əsas borc və 70.7 manat cərimə, cəmi 542.1 manat borcun, ümumilikdə iki müqavilə üzrə 592.3 manat əsas borc və 88.8 manat cərimə, cəmi 681.1 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanılmış və nəticədə hər iki müqavilə üzrə 681.1 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli müqaviləsi üzrə «Honor» markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 49.00 manat olmaqla cəmi 874.40 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli müqaviləsi üzrə «Honor» markalı mobil telefona və qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 49.00 manat olmaqla cəmi 864.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin 1 saylı əlavəsinin şərtlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində (minimum 50 qəpik) mübahisəsiz olaraq penya ödəyir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununlada xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 888 manat təşkil etdiyi halda, cavabdehə 90% güzəşt edilmiş, cərimənin məbləği 88.8 manat təşkil edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə nəticədə 120.9 manat əsas, güzəşt edildikdən sonra 18.1 manat cərimə, cəmi 139 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 471.4 manat əsas borc və 70.7 manat cərimə, cəmi 542.1 manat borc, xx.xx.2025-ci il tarixinə yaranmış, həmçinin, «İrşad- Electronics” MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2024cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi cəmi 681.1 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı «İrşad-Electronics” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.9 manat əsas, 18.1 manat cərimə, cəmi 139 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 471.4 manat əsas borc və 70.7 manat cərimə, cəmi 542.1 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 681.1 (altı yüz səksən bir manat on qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-3266/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3266/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver