Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3303/2024 23.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işdə iddiaçının nümayəndəsi Nümayəndə iddianın baxılmamış saxlanılmasına dair ərizəsinə baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh TLH000661 saylı, xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən 345,57 manat borcun, 51,84 manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, 0,40 manat xidmət haqqının cavabdehdən alınaraq QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizə vermişdir.Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Elşad Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-3303/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3303/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver