Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3333/2025 18.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Windows 11 Home, HP kompüter üçün 878.97 manat ödənilməmiş hissə, 87.90 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qaz kalonkası Hoffmann, zəmanət + 3 il xidməti üçün 254 manat ödənilməmiş hissə, 25.40 manat dəbbə pulu, xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən Fen-Daraq Philips üçün 111.49 manat ödənilməmiş hissə, 11.10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Tozsoran Samsung, Qızıl zəmanət ultra 3 il xidməti üçün 62.02 manat ödənilməmiş hissə, 6.20 manat dəbbə pulu, ümumilikdə 1514.84 manat borcun və 35.15 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Windows 11 Home, HP kompüter, Qaz kalonkası Hoffmann, zəmanət + 3 il xidməti, Fen-Daraq Philips, Tozsoran Samsung, Qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 1514.84 manat borcu yaranmmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə Windows 11 Home, HP kompüter üçün ümumilikdə 966.87 manat borc, bundan 878.97 manat ödənilməmiş hissə, 87.90 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Qaz kalonkası Hoffmann, zəmanət + 3 il xidməti üçün ümumilikdə 279.40 manat borc, bundan 254 manat ödənilməmiş hissə, 25.40 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Fen-Daraq Philips üçün ümumilikdə 122.6 manat, bundan 111.49 manat ödənilməmiş hissə, 11.10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Tozsoran Samsung, Qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 68.22 manat borc, bundan 62.02 manat ödənilməmiş hissə, 6.20 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2025-ci il tarixinə əsasən, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Windows 11 Home, HP kompüter üçün 878.97 manat ödənilməmiş hissə, 87.90 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qaz kalonkası Hoffmann, zəmanət + 3 il xidməti üçün 254 manat ödənilməmiş hissə, 25.40 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Fen-Daraq Philips üçün 111.49 manat ödənilməmiş hissə, 11.10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Tozsoran Samsung, Qızıl zəmanət ultra 3 il xidməti üçün 62.02 manat ödənilməmiş hissə, 6.20 manat dəbbə pulu, ümumilikdə 1514.84 manat borc yaranmışdır. Həmçinin, "xxxx" MMC məhkəməyə müraciət edərkən 35.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 878.97 manat ödənilməmiş hissə, 87.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 254 manat ödənilməmiş hissə, 25.40 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 111.49 manat ödənilməmiş hissə, 11.10 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 62.02 manat ödənilməmiş hissə, 6.20 manat cərimə pulu olmaqla, ümumilikdə 1514.84 manat borc, 35.15 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 878.97 manat ödənilməmiş hissə, 87.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 254 manat ödənilməmiş hissə, 25.40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 111.49 manat ödənilməmiş hissə, 11.10 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 62.02 manat ödənilməmiş hissə, 6.20 manat cərimə olmaqla, ümumilikdə 1514.84 (bir min beş yüz on dörd manat səksən dörd qəpik) manat və 35.15 (otuz beş manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-3333/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3333/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver