Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3349/2025 09.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Quzanlı Qəsəbəsi Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********20941 İPONE 16 PRO MAX üçün 4539,06 manat ödənilməmiş hissə, 453,91 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********38515 İPONE 16 PRO MAX üçün 3252,6 manat ödənilməmiş hissə, 325,26 manat dəbbə pulunun, ümumilkdə 8.570,83 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 105,71 manat pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********20941 İPONE 16 PRO MAX və İmei kod **********38515 İPONE 16 PRO MAX almış və nəticədə 8570,83 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4539,06 manat /18 ay x 252,17 manat +0 manat ilkin ödəniş/, İmei kod **********20941 İPONE 16 PRO MAX üçün, ümumilikdə 4992,97 manat olmaqla ondan 4539,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 453,91 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3752,6 manat /18 ay x 180,7 manat +500 manat ilkin ödəniş/, İmei kod **********38515 İPONE 16 PRO MAX üçün, ümumilikdə 3577,86 manat olmaqla ondan 3252,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 325,26 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 500 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində penya ödənilməlidir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim AKTından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli Xəbərdarlıq Məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə üzrə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, cavabdehdən cəmi 8.570,83 manat pul vəsaitinin və 105,71 manat ödənilmiş dövlət rüsumunun tutulub MMC-nin xeyrinə ödənilməsini xahiş edir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclası bardə məhkəmə bildirişi və SMS qaydada məlumatlandırılmış, ərazi nümayəndəliyinə də məktub ünvanlanmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri ilə bağlı məhkəməyə hər hansı məlumat verməmiş, iddia tələblərinə münasibət bildirməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia aşağıda şərh olunanlara əsasən təmin edilməlidir. İş materialarından görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh İmei kod **********20941 İPONE 16 PRO MAX və İmei kod **********38515 İPONE 16 PRO MAX almış və nəticədə onun 8570,83 manat borcu yaranmışdır. İş materialarında olan əşyaların təhvil-təslim AKTından görünür ki, Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********20941 İPONE 16 PRO MAX və İmei kod **********38515 İPONE 16 PRO MAX tam qüsursuz halda təhvil almışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kreditverən qarşısında icra etməyən borclunun dövlət rüsumu istisna olmaqla, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 4539,06 manat pul borcu qalmışdır, o cümlədən 453,91 manat penya borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3252,6 manat pul borcu, o cümlədən 325,26 manat dəbbə pulu hesablanmışdır. MMC-nin Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4539,06 manat ödənilməmiş hissə, 453,91 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3252,6 manat ödənilməmiş hissə, 325,26 manat dəbbə pulu olmaqla, ümumilkdə 8570,83 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 18 sentyabr 2025-ci il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 105,71 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********20941 İPONE 16 PRO MAX üçün 4539,06 manat ödənilməmiş hissə, 453,91 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********38515 İPONE 16 PRO MAX üçün 3252,6 manat ödənilməmiş hissə, 325,26 manat dəbbə pulu, ümumilkdə 8570,83 manat borc və dövlət rüsumu kimi ödənilmiş 105,71 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********20941 İPONE 16 PRO MAX üçün 4539,06 manat ödənilməmiş hissə, 453,91 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********38515 İPONE 16 PRO MAX üçün 3252,6 manat ödənilməmiş hissə, 325,26 manat dəbbə pulu, ümumilkdə 8570,83 /səkkiz min beş yüz yetmiş manat səksən üç qəpik/ manat və dövlət rüsumu kimi ödənilmiş 105,71 /bir yüz beş manat yetmiş bir qəpik/ manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-3349/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3349/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver