Məhkəmə qərarları › İş №e-2(013)-3546/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3546/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3546/2024 25.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Ağdam Rayon Məhkəməsinə ünvanladığı kiçik iddialara qarşı pul tələbinə dair idda ərizəsində Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən PS 5 Dualsense oyun pultu, Playstation üçün 97.6 manat əsas borc, 29.28 manat dəbbə pulu olmaqla ümumilikdə 126.88 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə, iddia ərizəsinin, ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılması barədə ərizə daxil olmuşdur. Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 30.0 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" MMC-yə ödənilməmiş xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən PS 5 Dualsense oyun pultu, Playstation üçün 97.6 manat əsas borc, 29.28 manat dəbbə pulu olmaqla ümumilikdə 126.88 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" MMC-nə qaytarısın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar