Məhkəmə qərarları › İş №e-2(013)-3931/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3931/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3931/2025 04.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında idda ərizəsində xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei KODU **********98901 XİAOMİ REDMİ 13 markalı telefon, X1 2 iL Xidməti, Plyonka istehsalı xidməti, paket xxl xidməti üçün 328,28 manat ödənilməmiş hissə, 32,83 manat cərimə, ümumilikdə 361,11 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-dən məhkəməyə iddia ərizəsinin, ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılması barədə elektron ərizə daxil olmuşdur. Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Onlayn ödəmə sistemi- EPUL” ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30.0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rusumu qaytarılır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 30.0 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Cavabdeh borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət rüsumu qismində ödənilmiş 30 (otuz manat) manat pul vəsaiti "xxxx" MMC-nə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar