Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3964/2025 25.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 25 fevral 2026cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmış və iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2567,93 manat dəyərində İphone 15, paket apple, qızıl zəmanət ultra 2 il xidməti, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1933,52 manat dəyərində matras-bella, 2 ədəd yataq-tumba, yataqçarpayı, trumo, qapılı dolab, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1198,95 manat dəyərində Honor X9C markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti kreditə vermişdir. Cavabdeh öhdəliyini icra etmədiyindən borcu yarandığını, tələb edilməsinə baxmayaraq borcunu ödəmədiyini qeyd etməklə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2567,88 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 256,79 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1912,56 manat əsas, 191,26 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1198,98 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 119,90 manat dəbbə, ümumilikdə 6294,56 manat borc və 82,95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə məktub ünvanlayaraq işə iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli müqavilənin və əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş daxil olmaqla 2567,93 manat dəyərində İphone 15, paket apple, qızıl zəmanət ultra 2 il xidməti kreditlə satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin və əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş daxil olmaqla 1933,52 manat dəyərində Matras-bella, 2 ədəd yataq-tumba, yataq-çarpayı, trumo, qapılı dolab kreditlə satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilənin və əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş daxil olmaqla 1198,95 manat dəyərində Honor X9C markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti kreditlə satılmışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə iddiaçıya olan borcu 2567,88 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 256,79 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1912,56 manat əsas, 191,26 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1198,98 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 119,90 manat dəbbə təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il və xx.xx.2025-ci ildə müqavilələr bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən müqavilələr üzrə müxtəlif məhsullar cavabdehin mülkiyyətinə vermiş, Cavabdeh isə əşyaları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi üzərinə götürməsinə baxmayaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2567,88 manat xx.xx.2025ci il tarixli müqavilə üzrə 1912,56 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1198,98 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh "xxxx" MMC qarşısında öhdəliyini icra etməmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə dəbbə pulu ödəməyi üzərinə götürmüşdır. Müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh xx.xx.2025ci il tarixli müqavilə üzrə 256,79 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 191,26 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 119,90 manat dəbbə pulu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən dəbbə pulunun azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2025-ci il tarixli digər müqavilə üzrə 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2567,88 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 10 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1912,56 manat əsas, 10 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1198,98 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 10 manat dəbbə – cəmi 5756 (beş min yeddi yüz əlli altı) manat 62 (altmış iki) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 82,95 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddianın dəbbə pulu tələbinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 246,79 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 181,26 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109,90 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-3964/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3964/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver