Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4146/2025 19.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 kompütür üçün 1372.43 manat ödənilməmiş hissə, 137.24 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod 55760/04T201454 Xiaomi Pad 6S Pro, Paket XXXL və Zəmanət + 3 il xidmətləri üçün 1142.53 manat ödənilməmiş hissə, 114.25 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Multistayler Dyson üçün 1097.08 manat ödənilməmiş hissə, 109.71 manat dəbbə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İmei kod **********73071 Samsung Galaxy A35, 2 ədəd Vinil şəffaf, Samsung Charger, X2 3 il və Paket XXL xidmətləri üçün 754.41 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 2 il, Paket L xidmətləri, İmei kod **********46402 X3 13 Pro üçün 325 manat ödənilməmiş hissə, 32.5 manat dəbbə olmaqla, ümumilikdə 5184.20 manat borc və dövlət rüsumu qismində ödənilmiş 71.85 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1943.92 manat olan APPLE MACBOOK AİR 13 kompüter almış və nəticədə ümumilikdə 1509.67 manat borc, bundan 1372.43 manat ödənilməmiş hissə, 137.24 manat dəbbə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1688.94 manat olan İmei kod 55760/04T201454 Xiaomi Pad 6S Pro, Paket XXXL və Zəmanət + 3 il xidmətləri almış və nəticədə 1256.78 manat borc, bundan 1142.53 manat ödənilməmiş hissə, 891.51 manat dəbbə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1656.96 manat olan Multistayler Dyson almış və nəticədə 1206.79 manat borc, bundan 1097.08 manat ödənilməmiş hissə, 109.71 manat dəbbə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1315.72 manat olan İmei kod **********73071 Samsung Galaxy A35, 2 ədəd Vinil şəffaf, Samsung Charger, X2 3 il və Paket XXL xidmətləri almış və nəticədə 853.45 manat borc, bundan 754.41 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.44 manat dəbbə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 780 manat olan X2 2 il, Paket L xidmətləri, İmei kod **********46402 X3 13 Pro almış və nəticədə 357.50 manat borc, bundan 325 manat ödənilməmiş hissə, 32.5 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2694.09 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli kreditlər departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə xx.xx.2026-cı il tarixə, saat 09:55-ə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 kompüter, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod 55760/04T201454 Xiaomi Pad 6S Pro, Paket XXXL və Zəmanət + 3 il xidmətləri, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Multistayler Dyson, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********73071 Samsung Galaxy A35, 2 ədəd Vinil şəffaf, Samsung Charger, X2 3 il və Paket XXL xidmətləri, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 2 il, Paket L xidmətləri, İmei kod **********46402 X3 13 Pro müştəriyə müqavilədə göstərilən şərtlərlə verməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə əsasən Cavabdehnun borcu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1372.43 manat ödənilməmiş hissə, 137.24 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1142.53 manat ödənilməmiş hissə, 114.25 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1097.08 manat ödənilməmiş hissə, 109.71 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 754.41 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 325 manat ödənilməmiş hissə, 32.5 manat dəbbə olmaqla, ümumilikdə 5184.20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1372.43 manat ödənilməmiş hissə, 137.24 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1142.53 manat ödənilməmiş hissə, 114.25 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1097.08 manat ödənilməmiş hissə, 109.71 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 754.41 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 325.0 manat ödənilməmiş hissə, 32.5 manat dəbbə olmaqla, ümumilikdə 5184.20 manat pul iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 71.85 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1372.43 manat ödənilməmiş hissə, 137.24 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1142.53 manat ödənilməmiş hissə, 114.25 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1097.08 manat ödənilməmiş hissə, 109.71 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 754.41 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 325.0 manat ödənilməmiş hissə, 32.5 manat dəbbə olmaqla, ümumilikdə 5184.20 (beş min bir yüz səksən dörd manat iyirmi qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 71.85 (yetmiş bir manat səksən beş qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-4146/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4146/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver