Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-506/2024 12.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 746.42 manat gecikdirilmiş əsas, 837.08 manat gecikdirilmiş mükafat və 407.23 manat dəbbə pulu olmaqla cəmi 1990.73 manat borc və ödənilmiş 40.31 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA081041 ban nömrəli, ağ rəngli avtomobil 13845 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 ay müddətə hər ay sabit məbləğ omaqla 543.51 manat ümumilikdə isə 36110 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə şirkətin müvəqqəti dayanacağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 746.42 manat gecikdirilmiş əsas, 837.08 manat gecikdirilmiş mükafatvə həmin günə hesablanmış 407.23 manat dəbbə pulu olmaqla cəmi 1990.73 manat borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə dəxil olmuş və həmin ərizəsində qeyd olunan iddia ərizəsi üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2023-cü il tarixli AZL-289 saylı nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA081041 ban, ağ rəngli avtomobil Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (3 saylı əlavə) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğində olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu İddiaçı MMC -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatını əsas məbləğ təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 017 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin qeyd olunan lizinq müqaviləsi üzrəxx.xx.2023-cü il tarixə ödənilməmiş əsas borcu 746.42 manat, 837.08 manat mükafat borcu və 407.23 manat cərimə borcu, ümümilikdə isə 1990.73 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə 407.23 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 407.23 manat məbləğində dəbbə pulu 300 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 107.23 manat hissəsində isə təmin edilməlidir. Yenə Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə görə, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-1.2-ci maddəsinin tələblərinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Mülki Məcəllənin 747-10.1-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, cavabdehdən qeyd olunan müqaviləsinə görə 746.42 manat əsas borc, 837.08 manat mükafat və 107.23 manat cərimə (dəbbə) pulu olmaqla cəmi 1690.73 manat məbləğində borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 40.31 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə cavabdeh X2 arasında bağlanmış 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh X1 22 avqust 2023-cü il tarixli AZL-289 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 06 dekabr 2023-cü il tarixə 746.42 manat əsas borc, 837.08 manat mükafat və 107.23 manat cərimə (dəbbə) pulu və ödənilmiş 40.31 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-506/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-506/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver