Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-508/2024 15.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 15 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli müqavilə üzrə 141 manat əsas, 42 manat dəbbə, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli müqavilə üzrə 660 manat əsas, 198 manat dəbbə, xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilə üzrə 1450 manat əsas, 435 manat dəbbə və 50 manat ödənilmiş dövlət rüsumu, cəmi 2976 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh dəyəri 1178 manat olan 1 ədəd “Beko” markalı televizor və 1 ədəd “Beko” markalı çaynik 24 ay müddətinə kreditlə satılmışdır. xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh dəyəri 1470 manat olan 1 ədəd “Riffel” markalı kondisioner və 1 ədəd “Riffel”markalı soba 24 ay müddətinə kreditlə satılmışdır. xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh dəyəri 1680 manat olan 1 ədəd “LG” markalı televizor və 1 ədəd “LG” markalı soundbar 24 ay müddətinə kreditlə satılmışdır. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli müqavilə üzrə 141 manat əsas, 42 manat dəbbə, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli müqavilə üzrə 660 manat əsas, 198 manat dəbbə, xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilə üzrə 1450 manat əsas, 435 manat dəbbə təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirirşin surətindən görünür ki, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli və xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müxtəlif məhsullar kreditə verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli müqavilə üzrə 141 manat, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli müqavilə üzrə 660 manat, xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilə üzrə 1450 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli müqavilə üzrə 42 manat, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli müqavilə üzrə 198 manat və xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilə üzrə 435 manat dəbbə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ECK5825552 nömrəli müqavilə üzrə 141 manat əsas, 42 manat dəbbə, xx.xx.2020-ci il tarixli, ECK5866777 nömrəli müqavilə üzrə 660 manat əsas, 198 manat dəbbə, xx.xx.2021-ci il tarixli, ECK5984739 nömrəli müqavilə üzrə 1450 manat əsas, 435 manat dəbbə və 50 manat ödənilmiş dövlət rüsumu, cəmi 2976 (min doqquz yüz yetmiş altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-508/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-508/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver