Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-514/2025 11.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********44601 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4878,96 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 1463,69 manat dəbbə pulu, ümumilkdə 6366,25 manat borcun və ödənilmiş 83,67 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kod **********44601 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 6366,25 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4878,96 manat /12 ay x 406,58 manat + 0 manat ilkin ödəniş/, İmei kod **********44601 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün, ümumilikdə 6366,25 manat olmaqla ondan 4878,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 1463,69 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində penya ödənilməlidir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə üzrə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, cavabdehdən cəmi 6366,25 manat pul vəsaitinin tutulub MMC-nin xeyrinə ödənilməsi xahiş olunur. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılmasını xahiş etmiş, həmçinin vəsatət ünvanlayaraq saxta arayış təqdim etdiyinə görə cavabdeh barəsində xüsusi qərar çıxarılmasını istəmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etmədi. Məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə bütün tədbirlər görülmüş, məhkəmənin hazırlıq və baxış iclasları təxir edilmiş, onun məlum olan ünvanlarına məhkəmə bildirişləri göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Ağdam Rayon Xındırıstan İƏD üzrə Nümayəndəliyində qeydiyyatdadır. Bu səbəbdən də məhkəmə bildirişi 31 yanvar 2025-ci il tarixdə həmçinin Ağdam Rayon İHB-nın Xındırıstan İƏD üzrə Nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia aşağıda şərh olunanlara əsasən qismən təmin edilməlidir. İş materialarından görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli 09533531 saylı müqaviləyə əsasən cavabdeh İmei kod **********44601 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə onun 6366,25 manat borcu yaranmışdır. İş materialarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 09533531 saylı müqaviləyə əsasən İmei kod **********44601 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER tam qüsursuz halda təhvil almışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kreditverən qarşısında icra etməyən borclunun dövlət rüsumu istisna olmaqla, cəmi 4878,96 manat pul borcu qalmışdır, o cümlədən ona 1463,69 manat penya borcu hesablanmışdır. MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə müqavilə üzrə 4878,96 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 1463,69 manat dəbbə pulu olmaqla, ümumilkdə 6366,25 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 27 dekabr 2024-cü il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MM-nin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsində cavabdehdən 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 1463,69 manat dəbbə pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq olaraq həvalə etdiyindən cavabdehin dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan dəbbə məbləği 200 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 83,67 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 4878.96 manat əsas borc olaraq, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 200 manat dəbbə pulu və dövlət rüsumu kimi ödənilmiş 83.67 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 4878,96 manat ödənilməmiş borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 200 manat dəbbə pulu, ümumilkdə 5102.56 manat və dövlət rüsumu kimi ödənilmiş 83,67 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-514/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-514/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver