Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-782/2025 07.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 07 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi X5 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonunda "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Vaz 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "Mercedes Benz C180" markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, "Mercedes Benz C180" markalı avtomobilin sürücüsü X12 və sərnişin X10, X13 və X2 zərər vurmaya aid xəsarət almışdırlar. Yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180" markalı avtomobilə dəyən zərərə görə 4500 (dörd min beş yüz) manat, X12, X10, X13 və X1 yüngül zərər vurmaya görə hər birinə 750 (yeddi yüz əlli) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 7500 (yeddi min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmışdır. İş üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "Vaz 2106" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180" markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X19 ekspert rəylərinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində X14, X10, X13 və X15 yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Odur ki, Cavabdeh 7500 manat sığorta ödənişi, 95 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı, cəmi 7595,40 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə Cavabdehun iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli Yevlax Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, hadisə zamanı Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün Yevlax RPŞ-nin DYPB-nə göndərilmişdir. A-PAG 0206/24 saylı, A-PAG 0210/24 saylı, A-PAG 0209/24 saylı, A-PAG 0208/24 saylı, A-PAG 0205/24 saylı sığorta aktlarının və xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktının surətlərindən görünür ki, «Vaz 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi «Vaz 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri C.Mustafayev küçəsində yol nəqliyyat hadisəsi törədərək «Mercedes Benz C180» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin avtomobilə 4500 manat maddi zərər dəymiş, həmçinin həmin avtomobildə olan X12, X10, X13 və X15 yüngül xəsarətlər aldığından hər birinə 750 manat sığorta ödənişi hesablanaraq zərərçəkmiş şəxslərə ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8" publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 113, 114, 115, 116 saylı ekspert rəylərinin surətlərindən görünür ki, X12, X10, X13 və X3 yüngül zərər vuran xəsarətlər almışlar. xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, zərərçəkmiş şəxslər X10 və X9 iddiaçı tərəfindən ümumilikdə 7500 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə avtonəqliyyat hadisəsi törətmiş, nəticədə «Mercedes Benz C180» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat maddi zərər vurmuş, həmçinin həmin avtomobildə olan X12, X10, X13 və X15 yüngül xəsarətlər aldığından hər birinə 750 manat sığorta ödənişi hesablanmışdır. Dəymiş zərərə görə iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə 7500 manat pul ödənilmişdir. Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 7500 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzində 95 manat və 0,40 manat xidmət haqqı – cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat 0,40 (qırx) qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-782/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-782/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver