Məhkəmə qərarları › İş №e-2(013)-784/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-784/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-784/2025 19.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1099,9 manat əsas, 329,9 manat cərimə, cəmi 1429,8 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 3075,6 manat əsas, 922,6 manat cərimə, cəmi 3998,2 manat borcun, ümumilkdə 2 müqavilə üzrə 4175,5 manat əsas, 1252,5 manat cərimə, cəmi 5428 manat borcun və ödənilmiş 74,28 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. MMC-nin iddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1099,99 manat məbləğində SAMSUNG A556 BLASK 256 Gİ markalı telefonu aylıq 184 manat ödəniş olmaqla 6 ay müddətinə almışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqviləsinin şərtlərini pozması nəticəsində MMC qarşısında yaranmış borc öhdəliyi ödənilməmiş əsas borc məbləği 1099,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 3299 manatdır. Nisyə alqı satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %, cavabdeh tərəfindən ödənilməli cərimə 329,90 manat olmaqla 1429,80 manat borc yaranmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3699,99 manat məbləğində İPONE 15 Pro Max 256 gb BLASK Titanium markalı telefonu aylıq 206 manat ödəniş olmaqla 18 ay müddətinə almışdır. Cavabdehin son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 210 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqviləsinin şərtlərini pozması nəticəsində MMC qarşısında yaranmış borc öhdəliyi ödənilməmiş əsas borc məbləği 3075,6 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbdləği 9226 manat təşkil edir. Nisyə alqı satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %, cavabdeh tərəfindən ödənilməli cərimə 922,60 manat olmaqla, tutulmalı olan cəmi məbləğ 3998,20 manat təşkil edir. Odur ki, cavabdehdən hər iki müqavilə üzrə 5428 manat borcun və ödənilmiş 74,28 manat dövlət rüsumunun tutulub MMC-nin xeyrinə ödənilməsi xahiş olunur. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etdi. Göstərdi ki, MMC-dən 2 ədəd telefon aparatı götürmüş, sonradan isə ödənişləri edə bilməmişdir. Bundan əvvəl dövlət orqanlarında işləmişdir. Həmişə kreditlə əmlaklar götürmüş, pullarını ödəmişdir. Hazırda işləmir. Heç olmasa cərimə məbləğinin silinməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbləri aşağıda şərh olunanlara əsasən qismən təmin edilməlidir. İş materialarından görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh SAMSUNG A556 BLASK 256 Gİ markalı telefonu aylıq 184 manat olmaqla 6 ay müddətinə almış və nəticədə onun 1429,8 manat, bundan başqa xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh İPONE 15 Pro Max 256 gb BLASK Titanium markalı telefonu aylıq 206 manat olmaqla 18 ay müddətinə almış və nəticədə onun 3998,2 manat borcu yaranmışdır. MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1099,9 manat ödənilməmiş hissə, 329,9 manat cərimə pulu olmaqla, 1429,8 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3075,6 manat əsas, 922,6 manat cərimə, cəmi 3998,2 manat, ümumilkdə hər 2 müqavilə üzrə 4175,5 manat əsas, 1252,5 manat cərimə, cəmi 5428 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli Xəbərdarlıq Məktublarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh 1996-cı il təvəllüdlüdür, Ağdam rayonu Əlimədətli kəndində qeydiyyatdadır Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsində cavabdehdən xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 329,9 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 922,6 manat cərimə pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin məcburi köçkün olmasını, dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği müqavilələr üzrə 30 manatdan müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 74,28 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə 1099,9 manat əsas, 30 manat cərimə, cəmi 1129,9 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə 3075,6 manat əsas, 30 manat cərimə, cəmi 3105.6 manat borc, ümumilkdə iki müqavilə üzrə 4175,5 manat əsas, 60 manat cərimə, cəmi 4235.5 manat və dövlət rüsumu kimi ödənilmiş 74,28 /yetmiş səkkiz manat iyirmi səkkiz qəpik/ manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə 1099,9 manat əsas, 30 manat cərimə, cəmi 1129,9 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə 3075,6 manat əsas, 30 manat cərimə, cəmi 3105.6 manat borc, ümumilkdə iki müqavilə üzrə 4175,5 manat əsas, 60 manat cərimə, cəmi 4235.5 /dörd min iki yüz otuz beş manat əlli qəpik/ manat və dövlət rüsumu kimi ödənilmiş 74,28 /yetmiş səkkiz manat iyirmi səkkiz qəpik/ manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar