Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-797/2024 02.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən İddiaçı MMC-nin xeyrinə 984.84 manat borcun və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 221 saylı Alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Alıbəyli kəndi ərazisində 2,5 hektar torpaq sahəsində pambıq əkibbecərməyi yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh İddiaçı MMC-dən 1476.13 manat vəsaiti avans olaraq almışdır. Müqavilə şərtlərinə əsasən götürülmüş avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhfil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstğrilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 75.00 manat dəyərində şum, 95.00 manat dəyərində rotasiyon mala, 40.00 manat dəyərində sahədaxili kanal çəkilişi, 30.00 manat dəyərində çiyid səpini, 124.00 manat dəyərində çiyid toxumu, 104.63 manat dəyərində gübrə/dərman, 162.50 manat dəyərində kultivasiya, 50.00 manat məbləğində dərman səpini, 220.00 manat pambığın maşınla 1-ci üz yığımı, 575.00 manat dəyərində becərmə, suvarma, arat üçün avans olmaqla cəmi 1476.13 manat dəyərində işlər görülmüş və avans verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, mövsüm başa çatsada, 755.83 kiloqram, cəmi 491.29 manat məbləğində xam-pambıq təhfil vermiş, bununlada iddiaçı təşkilata 984.84 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 221 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh 2,5 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC satmağı öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçı MMC-dən 1476.13 manat məbləğində avans vəsait almış, bundan başqa onun 220-ci il mövsümündən 984.84 manat borcu qalmışdır. Nəticədə cavabdeh cəmi 755.83 manat məbləğində xampambıq təhfil vermiş və qeyd olunan müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh avans vəsaitə görə İddiaçı MMC-nə 984.84 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 984.84 manat borc və 30.00 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 2146, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İdia təmin edilsin. Cavabdeh 984.84 (doqquz yüz səksən dörd manat səksən dörd qəpik) manat borc və 30.00 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-797/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-797/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver